“Freedom House”: Azərbaycan İnternet baxımından “qeyri-azad” ölkədir

“Freedom House”: Azərbaycan İnternet baxımından “qeyri-azad” ölkədir
Загрузка...
 "Bunlar hakimiyyətdən narazı olan səsləri susdurmaq üçün edilir”
"Freedom House” hüquq müdafiə təşkilatı İnternet azadlığı ilə bağlı növbəti reytinqində Azərbaycanı "qeyri-azad” ölkələr siyahısına daxil edib. "Turan” İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan reytinqdə 45-ci yerdə qərarlaşıb. Hesabatda Azərbaycana aid olan hissədə deyilir ki, ölkədə dəfələrlə İnternet rabitə kanalları kəsilib, onlarla yerli və beynəlxalq sayt bloklanıb, sosial şəbəkələrə çıxış məhdudlaşdırılıb.
"Bütün bunlar hakimiyyətdən narazı olan səsləri "susdurmaq” və fəalların sosial şəbəkələr vasitəsilə etirazlara səfərbər olmasına mane olmaq məqsədilə edilib”, - sənəddə qeyd olunub. Təşkilat problemlər kimi aşağıdakıları qeyd edib:
"- 2018-ci ilin dekabrında məhkəmə hakimiyyəti bir neçə onlayn medianın bloklanması haqqında əvvəlki qərarını təsdiq edib;
- Müstəqil xəbər saytları və müxalif fəallar prezident seçkilərindən əvvəl və sonra kiberhücumlardan əziyyət çəkir;
- Qanunvericiliyə edilmiş düzəlişlər "qanunsuz məlumat” nəşrinə görə cərimələri artırıb;
- Çoxsaylı jurnalistlər, blogerlər və sosial şəbəkə istifadəçiləri onlayn fəaliyyətlərinə görə saxlanılıb. Onların arasında 6 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilənlər var”, - "Freedom House” təşkilatının hesabatında deyilir.
Dünyada İnternet azadlığını ən çox pozan ölkə Çin olaraq qalır. Təşkilat hesab edir ki, keçmiş SSRİ respublikalarından Baltik ölkələrindən başqa, yalnız Ermənistanda və Gürcüstanda İnternet azadlığı var. Ermənistan və Gürcüstan hesabatda müvafiq olaraq 10 və 13-cü yerləri tutublar, Qırğızıstanda və Ukraynada İnternet "qismən azad”, Belarus, Qazaxıstan, Rusiya və Özbəkistanda "qeyri-azaddır”.
"Freedom House” dünyada şəbəkə istifadəçilərinin 87%-nin yaşadığı 65 ölkəni araşdırıb. Bu ölkələrin 40-da istifadəçilərin izlənilməsi proqramlarından istifadə olunur. İnternetdən istifadə imkanları səviyyəsinə görə ölkələrin reytinqində ilk üçlükdə İslandiya, Estoniya, Kanadadır. Azərbaycan rəsmiləri dəfələrlə ölkədə İnternetin tam sərbəst olduğunu bəyan ediblər.
Загрузка...
Загрузка...

Xəbər lenti