Fransada yaşayan bloger Məhəmməd Mirzəli bıçaqlandı

Fransada yaşayan bloger Məhəmməd Mirzəli bıçaqlandı
Fransada yaşayan bloger Məhəmməd Mirzəlinin bıçaqlandığı bildirilir. Məlumatı Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı yayıb.
O bildirir ki, Məhəmməd Mirzəli hazırda Fransada xəstəxanadadır: "Vəziyyətinin ağır olduğu söylənilir. Hakimiyyət başkəsən mahiyyətindən əl çəkmir".
Əfqan Muxtarlı Məhəmməd Mirzəli ilə telefonla danışıb. O, 6 nəfərin hücumuna məruz qaldığını söyləyib: "6 nəfər yolda tutub sözün əsl mənasında doğrayıblar. Boynunun arxasından, qarnından ağır xəsarət alıb. Əllərini, barmaqlarını kəsik kəsik ediblər. Qollarını doğrayıblar".
Məhəmməd Mirzəli ötən həftə ailə üzvünə qarşı kibercinayət törədildiyini, hədələndiyini deyirdi. O, hakimiyyəti tənqid edən şəxs kimi tanınır.
Meydan TV blogerin ailə üzvləri ilə əlaqə saxlaya bilməyib.

Xəbər lenti