Fransa məhkəməsindən ermənilərə zərbə

Fransa məhkəməsindən ermənilərə zərbə
Загрузка...
Cümə günü Lion İnzibati Məhkəməsi Villerban şəhəri ilə Azərbaycanın separatçı anklavı -Dağlıq Qarabağın Şuşa şəhər bələdiyyəsi arasında imzalanmış dostluq və qardaşlıq haqqında müqaviləni ləğv edib. Bu barədə oktyabrın 18-də Frans Press agentliyi bildirib.
Hakimlər hesab ediblər ki, bu müqavilə Fransanın beynəlxalq öhdəlikləri nəzərə alınmadan imzalanıb və qanuna ziddir, - məhkəmənin bəyanatında deyilir. 2015-ci ildə imzalanmış bu sənəd Dağlıq Qarabağ erməniləri, Fransanın müxtəlif bələdiyyələri və departamentləri ilə qondarma Dağlıq Qarabağ hakimiyyəti arasında imzalanmış 10-dan çox sazişdən biridir.
Xatırladaq ki, son aylar Fransa məhkəmələri həmin müqavilələrdən əksəriyyətini ləğv edib.
Загрузка...
Загрузка...

Xəbər lenti