Fransa dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

Fransa dövlət başçısı Prezident İlham Əliyevə zəng edib
Sentyabrın 27-də Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edib və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.
İlham Əliyev öz növbəsində qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk Qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

Xəbər lenti