“Fətullah Gülənin bir əmri ilə qalxacaq F-16-larımız var...” - POLKOVNİK BELƏ DEYİRMİŞ

“Fətullah Gülənin bir əmri ilə qalxacaq F-16-larımız var...” - POLKOVNİK BELƏ DEYİRMİŞ

Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının hərbi tribunalının keçmiş hakimi Ahmet Zeki Üçok iyulun 15-də hərbi çevriliş həyata keçirməyə cəhd edən qiyamçı general və polkovniklərin hamısını hələ 7 il əvvəl təsbit etdiyini açıqlayıb. Lakin keçmiş hakim bildirib ki, onun apardığı təhqiqatın nəticələri ilə heç kim maraqlanmayıb, heç bir tədbir görülməyib. Criminal.az saytı virtualaz.org-a istinadla xəbər verir ki, Ahmet Zeki Üçok “Hürriyet” qəzetinə müsahibəsində çevriliş cəhdinə görə həbs edilən zabitlərin hamısının Fətullah Gülənə bağlı olduqlarını 2009-cu ildə müəyyən etmişdi.

Üçok bundan əvvəl “Balyoz” çevriliş planı iddiası üzrə istintaqı aparanlardan biri olub, daha sonra işgəncə ittihamı ilə həbs olunub.

Onun dediyinə görə indi istefda olan polkovnik Selçuk Başyiğit 2009-cu ildə “Biz artıq çox gücləndik. Bu anda Fətullah Gülənin bir əmri ilə qalxmağa hazır olan F-16-larımız, F-4-lərimiz var” deyib.

“Bu deyilənlər məhkəmə sənədlərində də əksini tapıb. O vaxt Hava Qüvvələrinin kəşfiyyat idarəsində vəzifə tuturdu. Mən ordu generalı Hulusi Akarın yaxın çevrəsində olan personal üzrə məsul, general Mehmet Partigöçün, İncirlik 10-cu Tanker Bazası komandanı, general Bekir Ercan Vanın, Akıncı 4-cü Əsas Qırıcı Bazası komandanı, general Hakan Evrimin və digərlərinin Gülənə bağlı olduqlarını, çevriliş planlaşdırdıqlarını o vaxt təsbit etmişdim. Bu barədə prokurorluğa, digər instansiyalara yazdım.

Tədbir görən olmadı”-keçmiş hərbi hakim deyib. Hakim Üçok bu ilin aprelində də “Hürriyet” qəzetinə müsahibəsində ordu daxilində çevriliş hazırlayan fətullahçıları adbaad tanıdığını deyibmiş. 

Criminal.az

Xəbər lenti