Fərman Ceyranlının həbs müddəti uzadılıb

Fərman Ceyranlının həbs müddəti uzadılıb
Загрузка...
Cəmil Həsənli: ''Azərbaycan hakimiyyətinin sifarişi ilə Gürcüstanda növbəti rəzalət baş verib''
Gürcüstan Ali Məhkəməsi prokurorluq tərəfindən heç bir protest verilmədiyi halda Apelyasiya Məhkəməsinin professor Fərman Ceyranlı haqqında qərarını ləğv edib və əlavə olaraq tanınmış həkimə 6 il iş verib. Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli məlumat yaylb.
Cəmil Həsənli yazır ki, Fərman Ceyranlı məhz bu ay - avqust ayında azadlığa çıxmalı idi: "Məsələ burasındadır ki, Ali Məhkəməyə şikayətçi, Gürcüstan prokurorluğu deyil, məhz Fərman Ceyranlı tam bəraət almaq üçün müraciət etmişdi. Ümumiyyətlə, məhkəmə sistemində belə hal istisna edilir. Yalnız avtoritar rejimlərdə qisasçılıq məqsədi ilə belə rüsvayçı məhkəmə hökmlərinə təsadüf olunur. Əfqan Muxtarlının Tbilisi küçələrindən oğurlanmasından sonra Azərbaycan hakimiyyətinin sifarişi ilə Gürcüstanda növbəti rəzalət baş verib və Apelyasiya Məhkəməsinin qərarı ilə bu ay azadlığa çıxacağı gözlənilən Fərman Ceyranlıya əlavə olaraq 6 il azadlıqdan məhrumolunma cəzası verilib”.
F.Ceyranlının qızı Lalə Hüseynli Meydan TV-yə məlumatı təsdiqləyib: "Bəli, xəbər doğrudur, Ali Məhkəmə Apelyasiya Məhkəməsinin 2017-ci ilin dekabrın 20-də Fərman Ceyranlının cəzasının 6 ildən 2 il 3 aya endirilməsi haqda qərarını ləğv edib. Yəni Fərman Ceyranlı haqda 6 il azadlıqdan məhrum edilmə qərarı qüvvədə qalıb".
Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən "Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib. İyulun 12-də DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Fərman Ceyranlı barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarış elan edib.
F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib. 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda "Lancet” klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib. O, Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunub. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb. Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb.
F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifətinə yaxın olması ilə izah edib. Gürcüstan Apelyasiya Məhkəməsi dekabrın 20-də Fərman Ceyranlının cəzasını 6 ildən 2 il 3 aya endirib.
Загрузка...
Загрузка...

Xəbər lenti