Fərhad Əhmədovun 115 metrlik yaxtası 4 il sonra Dubayı tərk etdi, Almaniyaya istiqamət aldı Fərhad Əhmədovun 115 metrlik yaxtası 4 il sonra Dubayı tərk etdi, Almaniyaya istiqamət aldı Fərhad Əhmədovun 115 metrlik yaxtası 4 il sonra Dubayı tərk etdi, Almaniyaya istiqamət aldı

Fərhad Əhmədovun 115 metrlik yaxtası 4 il sonra Dubayı tərk etdi, Almaniyaya istiqamət aldı
 Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədova məxsus "Luna” super yaxtası uzun müddətdən sonra Dubay limanını tərk edib və Hibraltara istiqamət alıb. virtualaz.org xəbər verir ki, "Gibraltar Yachting” YouTube kanalında yer alan video kadrlara əsasən 115 metr uzunluğundakı nəhəng lüks yaxta Hibraltar limanına yan alıb.
""Luna” 4 il Dubayda qaldıqdan sonra Avropaya qayıdır” başlıqlı videokadrlarda yaxtanın limana yaxınlaşması, yanacaq götürməsi və lövbər salması əks olunur. Hibraltar Aralıq dənizi ilə Atlantik okeanını birləşdirən Hibraltar boğazının üzərində, Pireney yarımadasından cənubda yerləşən, ərazisi 6.5 kvadrat kilometr olan ada-şəhərdir. Böyük Britaniyanın suverenliyi altındadır, amma onun tərkibinə daxil deyil. 

Bildirilir ki, yaxta yolüstü Hibraltarda dayandıqdan sonra "doğulduğu" yerə-Almaniyanın Almaniyanın "Lloyd Werft” tərsanəsinə doğru istiqamət alıb.
Qeyd olunur ki, "Luna” yaxtasının dəyəri 400 milyon dollara yaxındır. Yaxta Fərhad Əhmədovla keçmiş arvadı Tatyana Əhmədova arasında boşanma təzminatına dair London məhkəməsinin çıxardığı qərar əsasında bir müddət Dubayda saxlanılıb.
T.Əhmədovanın vəkilləri boşanma təzminatının əvəzində iş adamının ailə investisiya fondunun mülkiyyətində olan yaxtanı ələ keçirməyə çalışsa da buna nail ola bilmədilər. Bir neçə ay əvvəl nəhayət bu mübahisə həll olunub. F.Əhmədov keçmiş arvadına London məhkəməsinin müəyyən etdiyi təzminat məbləğindən dəfələrlə az məbləğ ödəməyə razılaşaraq illərdir davam edən çəkişməyə son qoyub. Və "Luna” yaxtası da biznesmenin ailə mülkiyyəti olaraq qalıb. 

Yaxta uzun müddət Dubay limanında, qızmar günəş altında qaldığı üçün onun təmirinə də ehtiyac yaranmışdı. İndi yaxta təmirdən çıxıb və yenilənmiş vəziyyətdə Avropaya dönüb.
"SuperYacht Times” portalı xəbər verir ki, "Luna” Dubay limanını oktyabrın 11-də tərk edib və Süveyş kanalı ilə Aralıq dənizinə istiqamət alıb. Dubay məhkəməsi yaxta üzərindən həbs qərarını hələ 2020-ci ilin yanvarında götürmüşdü, amma sayt qeyd edir ki, yaxta nəyə görəsə ancaq indi limanı tərk edib.

Xəbər lenti