Fərəc Quliyevin "Davam"ları Fərəc Quliyevin

Fərəc Quliyevin
Milli Dirçəliş adlı partiyanın sədri, deputat, deputatlığa yenidən namizəd, "Parlament üzvlərinin korrupsiyaya qarşı Qlobal Təşkilatı”nın (GOP AC) üzvü Fərəc Quliyevin oğlu Nikbin Quliyevin adına iki şirkət qeydiyyatdadır. Jurnalist Cavanşir Həsənli araşdırmasına görə, bunlardan birincisi - "DAVAM" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2015-ci ilin yanvarında, digəri - "DAVAM GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2017-ci ilin oktyabrında qeydiyyatdan keçib. Hər iki şirkət Nərimanov rayonu, Mirzəbala Məmmədzadə 5/3 ünvanında hüquqi qeydiyyatdadır.
C.Həsənli yazır ki, Fərəc Quliyev deputatlığını davam etdirmək istəyir, ona görə Mehman Hüseynova 15 min təklifində davam edir. Davam edir ki "Davam"ları artırsın. 

Xatırladaq ki, bir neçə gün əvvəl 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri Fərəc Quliyev rəqibi, bloger Mehman Hüseynovla görüşdüyünü və namizədliyini geri götürməsi üçün 15 min manat təklif etməsi ilə bağlı aralarında olan söhbətin səs yazısını yayıb. F.Quliyev mətbuata açıqlamasında blogerə namizədliyini geri götürməsini təklif etdiyini təsdiqləyib. 
Ekspertlər isə hesab edir ki, Fərəc Quliyevin hərəkətlərində cinayət əlamətləri var. 


Xəbər lenti