Eyvazovdan yeni təyinat

Eyvazovdan yeni təyinat
Загрузка...
Daxili İşlər orqanlarında yeni təyinat olub. "Qafqazinfo”nun verdiyi xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Elçin Ələsgərov Tovuz Regional Mühafizə Şöbəsinə rəis təyin olunub.
E. Ələsgərov təyinata kimi Tovuz rayon Polis Şöbəsində əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Tovuz Regional Mühafizə Şöbəsinin əvvəlki rəisi, polkovnik-leytenant Seymur Sadıqov bir müddət əvvəl Gəncə Regional Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat almışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti