Eynən Eldar Mahmudovun “çekistləri” kimi... - 12 MİLYARD PULLA TUTULAN POLKOVNİKİN İŞİNDƏ MARAQLI EPİZOD

03 Oktyabr 2019, 15:23
03 Oktyabr
2019
15:23
357
Загрузка...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin iqtisadi təhlükəsizlik idarəsinin məxfi "K” şöbəsinin keçmiş rəisi, 12 milyard rubl pulla tutulan polkovnik Kiril Çekalinin işində maraqlı epizod üzə çıxıb.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, polkovnik Çekalin "krışalıq” etdiyi bankirlərdən rüşvəti bir çox hallarda birbaşa Lyublyankada, FTX-nin binasının yaxınlığında yerləşən kafedə alırmış.
Bu epizod eynən Azərbaycanda keçmiş MTN rəhbəri Eldar Mahmudovun bandasından olan "çekistlərin” fəaliyyətini xatırladır.
Onların barəsində aparılmış istintaqda üzə çıxmışdı ki, Mahmudovun çekistləri qarmağa keçirdikləri iş adamlarından, bankirlərdən və digərlərindən rüşvət almaq üçün MTN-nin binasının yaxınlığındakı "Sultan” kafesindən istifadə edirdilər.

Həmin "Sultan" kafesi
Həmin kafedə hətta biznesmenləri müvəqqəti saxlamaq üçün xüsusi bağlı kabinetlər də olub. Zərərçəkənlər istintaqa verdikləri ifadələrdə "Sultan” kafesində Mahmudovçu "çekistlərlə” görüşləri ətraflı təsvir ediblər.
Polkovnik Çekalin bu ilin aprelində həbs olunub. Onunla birlikdə FTX-nin daha iki polkovniki Andrey Vaslyev və Dmitri Frolov da təcridxanaya salınıb. Məlum olub ki, Çekalin və digərləri banklara, kommersiya strukturlarına "krışalıq” edərək onlardan illərlə külli miqdarda haqq alıb.
Mayın 17-də polkovnik Çekalinə aid olan üç mənzildə axtarış aparılıb və müxtəlif valyutalarda olmaqla ümumi məbləği 12 milyard rubl təşkil edən nəğd pul, çoxsaylı zinət əşyaları, bahalı saatlar və s. tapılıb.
Məlum olub ki, mənzillər pul saxlamaq üçün anbar kimi istifadə edilirdi, çünki nəğd pullar idman çantalarında və politelen paketlərdə birbaşa döşməyə yığılıb. Habelə mənzillərdəki şkaflar və seyflər də ağzına qədər pulla dolu olub. Habelə bank seyflərində də polkovnikə aid pullar tapılıb.

Polkovnik Kirill Frolov
Məlumatlar var ki, polkovniklər həmin pulları hansısa yollarla xaricə çıxarmaq və "yumaq” üçün hazırlaşırdılar. Lakin FTX-nin içərisindən kimsə hazırlanan əməliyyat barədə xəbər tutub və Çekalinin planları pozulub.
Çekalinin həbsindən sonra mətbuatda onun dəbdəbəli malikanəsinin və kabinetinin görüntüləri yayılıb.
Məlum olub ki, "çekist” kabinetini Oval ofis stilində təmir etdirib, malikanəsinin hamam otaqlarında isə qızıl kranlarla təchiz edilmiş mərmər vannalar qoyulub.
Əgər Azərbaycanda Mahmudovun "çekistləri” daha kobud-"balta üsulu” ilə işləyirdisə və tutub soymaq istədikləri biznesmenlərin, bankirlərin üstünə qara maskalıları göndərib onları həbs edirdisə onların Lyublyankadakı həmkarları həmişə olduğu kimi, daha peşəkar davranıblar. Belə ki, Çekalin bankirlərdən yüz milyonlarla dolları qoparmaq üçün hiyləgər sxem qurub.

Məsələn, o, "Layf” maliyyə qrupunun sahiblərindən biri Aleksandr Jeleznyakla necə işlədiyi məlumdur.
Polkovnik bankirlə Moskvadakı elit restoranlardan birində görüşüb. O, görüşə "Range Rover” avtomobili (Mahmudovun "çekistləri” də məhz bu modeli xoşlayırdı), biləyində "Rolex” saatı ilə gedib.
Polkovnikin şərti belə idi ki, "Layf” qrupuna daxil olan "Probiznesbank”da onun adamı, FTX-nin istefada olan zabiti vitse-prezident vəzifəsinə təyin olunsun. İldə 120 min maaşla və katibə, xidməti maşın, şəxsi sürücü ilə.
Daha sonra bankir səhmlərin bir hissəsini Çekalinin adamının kommersiya strukturuna güzəştə getməliydi və həmin struktur bankdan xaricə çıxarılan pulların 0.1-0.2 faizini, habelə rüşvəti və "otkatı” bölüşdürməliydi.

Bundan əlavə nəğdləşdirmə əməliyyatı ilə məşğul olan banklar da Çekalinə müəyyən faiz ödəyirdilər.
Çekalin bu və ya digər səbəbdən müştəriləri ilə elit restoranlarda görüşə bilməyəndə onların görüşü birbaşa FTX-nin əsas binasının yanındakı kafedə baş tuturdu. "Kommersant” aydınlaşdırıb ki, Çekalin "Transportnıy” bankının keçmiş sahibi Aleksandr Mazanovdan külli miqdarda rüşvəti məhz həmin kafedə alıb. Onların arasında vasitəçi rolunu Arno Xocayan adlı biznesmen-Mazanovun müşaviri və keçmiş FTX polkovniki Mixail Qorbatov oynayıblar.
Lakin sovet KQB-sinin keçmiş polkovniki, biznesmen Aleksandr Lebedev hesab edir ki, Çekalinin mənzillərindən tapılan 12 milyard rubl hələ aysberqin görünən tərəfidir, "çekistin” cib xərcliyidir.

Çekalinin villası
"Bu FTX əməkdaşları illərlə qanqster-bankirlərin, yaxud bankestrlərin "krışası” olub. Onlar 12 il ərzində təxminən 1500 bankı soyublar. Bankirlər onların "krışası” altında 100 milyard dollardan çox oğurlayıblar. Həmin əməkdaşlar bu məbləğin hansısa faizini alıblar, yəni milyardlarla dollar”,-o bildirib.
Polkovnik Çekalinin işi barədə iki gün əvvəl Yerevana uçarkən prezident Vladimir Putin də məlumatlandırılıb. Bu haqda jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Загрузка...
Xəbər lenti
-
12:22Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb
-
12:15Liftlərlə bağlı rəsmi ittiham: pullar mənimsənilib, materiallar satılıb...
-
12:11Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir - OĞLU, QIZI, 2 QARDAŞI, 2 BACISI, 2 QOHUMU...
-
22:35Azyaşlı övladlarını döyməkdə günahlandırılan ata həbs olunub
-
14:26Qarabağ əlili etiraz olaraq maşınını yandırıb
-
13:3342 beynəlxalq təşkilat vəkillərə təzyiqlə bağlı bəyanat yaydı
-
13:30Dələduzluğa görə həbs olunan şəxsin Elmira Axundovaya günaşırı 5 min manat aparmasının pərdəarxası...
-
13:23“Əli Həsənov Hüseynin hesabına vəzifəyə gəlmişdi”
-
13:15Polis 39 yaşlı kişini bıçaqladı
-
19:12Çingiz Qənizadə və onun şərikinin adı hallanan sifarişli ölüm işi məhkəmədə
-
19:07“Rüstəm Usubov vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən şəxsdir”
-
19:01Kəmaləddin Heydərov generalı vəzifəsindən çıxardı
-
13:14Ramiz Zeynalov yanğın yerində
-
12:58Polis zabiti jurnalisti məhkəməyə verdi - Rəisi Əli Həsənovun qaynıdır
-
12:35Rusiyada azərbaycanlı reperlərin maşını atəşə tutuldu
-
12:22Kəmaləddin Heydərov öz bacanağını qalib elan etdi
-
12:12FHN “EuroHome”un üzərinə təyyarə qaldırdı
-
12:08Uşaqları döyən ata və ögey anasına cinayət işi açıldı
-
11:46“Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”
-
11:45“Qonşum Prezident Administrasiyasındakı qohumuna güvənib evimi əlimdən almaq istəyir”
-
11:42FHN helikopterdən çəkilən görüntüləri yaydı
-
11:12“EuroHome”un sahibi bu şəxsdir
-
11:09“Eurohome”da güclü yanğın
-
10:28“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
-
10:20Azərbayan ictimaiyyəti Çingiz Mustafayevin adını daşıyan radiotezliyə görə İlham Əliyev və Mehriban Əliyevaya müraciət etdi
-
10:16Vəfa Zeynalovanın qardaşı vəfat etdi
-
19:45Vasif Talıbov Ali Məclisə seçkilərlə bağlı sərəncam imzalayıb
-
14:18"Lombard Məlahət" jurnalisti həbs etdirmək üçün üçüncü dəfə məhkəməyə verdi
-
14:10İlkinin bacısının intiharı ilə bağlı - Açıqlama
-
14:08Bakıda ögey ana azyaşlı uşaqlara işgəncə verib
-
14:05Baş Prokurorluq Nemət Kərimlidən şikayət edib
-
14:04Bakıda intihar edən qız millimizin futbolçusunun bacısı imiş
-
14:31İcra başçısını tənqid edən keçmiş məmur intihar edib
-
05:00Ziya Bünyadovun oğlu vəfat etd
-
10:52“Relax”dakı davada nazirliyin bu əməkdaşları döyülüb
-
10:46Moskvada minik avtomobili metro stansiyasının vestibülünə çırpıldı
-
10:41Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib
-
10:40Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib
-
01:12Yevda Abramov vəfat etdi
-
12:56Paşinyanın xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdi və hədələdi
11 Dekabr 2019
10 Dekabr 2019
09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019
Digər xəbərlər
-
Cinayət, Dosye
Eynən Eldar Mahmudovun “çekistləri” kimi... - 12 MİLYARD PULLA TUTULAN POLKOVNİKİN İŞİNDƏ MARAQLI EPİZOD
-
Manşet, Foto, Video, Cinayət, Dosye
İş adamının qətlini sifariş edənlər arasında Çingiz Qənizadə və onun şərikinin adı çəkilir - DEPUTATIN SENSASİON SƏS YAZISI
-
Manşet, Foto, Cinayət, Dosye
"Zakir Qaralovun əlinə Nicat Quliyev və Pərviz Həşimlinin işlərini MTN-in üzərinə atmaq üçün əla fürsət düşmüşdü..." - Vasif Talıbovun nazir xalası oğlunun CİNAYƏT DOSYESİ
-
Manşet, Foto, Cinayət, Dosye
Vasif Talıbovun xalası oğlunun MTN maskalıları tərəfindən həbsi - SABİQ NAZİRİN CİNAYƏT DOSYESİ
-
Manşet, Cinayət, Dosye
General Nəsirovdan MTN-də Ramil Usubova qarşı ifadə almaq istəyiblər: "Ya ifadə ver canını qurtar, ya da..."
-
Manşet, Cinayət, Dosye
"Hacı Məmmədovun Rövşən Əliyevi öldürməsini prokurorluğun rəhbərliyi 2003-cü ildə bilirdi"
-
Cinayət, Dosye
Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma – Bu, bir film ssenarisidir...
-
Cinayət, Dosye
Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...
-
Manşet, Foto, Cinayət, Dosye
Polisin gözündən güllələdiyi gəncin ölümünü iki general araşdırır