Çexiyanın ən varlı milyarderi helikopter qəzasında öldü

Çexiyanın ən varlı milyarderi helikopter qəzasında öldü
Qəzada 5 nəfərin həlak olduğu bildirilir
Çexiya Respublikasının ən varlı adamı, milyarder Petr Kellner Alyaskada helikopter qəzasında həlak olub. Helikopterin dağda ekskursiya zamanı Alyaskada Knik Buzlağı yaxınlığında qəzaya düşdüyü bildirilib. Bu barədə "AzadliqRadiosu" məlumat yayıb. 
 Qəzada 5 nəfərin həlak olduğu qeyd olunub. 56 yaşlı Petr Kellnerlə birlikdə "Tordrillo Mountain Lodge” mərkəzinin Çexiya Respublikasından daha bir qonağı, iki bələdçisi və vertolyotun pilotu da olub. Qəzadan bir nəfərin sağ çıxdığı və onun vəziyyətinin ağır sabit olduğu bildirilir.
Petr Kellner 1990-cı illərdə investisiya fondu yaratmaqla ilk sərvətini qazanıb, Çexiyanın ən böyük sığorta şirkətində nəzarət paketini alıb. "Forbes” dərgisi onun sərvətinin 17.5 milyard olduğunu bildirirdi. 2020-ci ilin oktyabrında milyarder Avropanın böyük yayın şəbəkəsi olan Mərkəzi Avropa Media Şirkətini 1.1 milyard dollara alıb. O zaman Çexiyada şəbəkənin müstəqilliyini itirə biləcəyi sarıdan narahatlıq vardı.

Xəbər lenti