Toyda oynamaq üstündə dava - FOTO

Toyda oynamaq üstündə dava - FOTO
Загрузка...

Ağstafada musiqi sifarişinə görə düşən dava bıçaqlanma ilə nəticələnib. Kəpəz TV-yə (Region TV) verilən xəbərə görə, rayonun Aşağı Göycəli kəndində keçirilən toy mərasimində qeydə alınıb.

 Məclisə dəvət alan Həsən və Boris Məmmədovlar yeyib-içdikdən sonra rəqs etmək üçün musiqi sifariş ediblər. Həsən Məmmədov ailəsi ilə rəqs edərkən Boris Məmmədov musiqini dayandırıb. Qəzəblənən Həsən Məmmədov həmin şəxsi bıçaqlayaraq toydan çıxıb. Dərhal Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılan zərərçəkənin həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Həsən Məmmədov isə saxlanıb. Faktla bağlı araşdırma aparılır.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti