“Evlilikdən bezib”, 4 ərini öldürən qəddar qadın... “Evlilikdən bezib”, 4 ərini öldürən qəddar qadın...

“Evlilikdən bezib”, 4 ərini öldürən qəddar qadın...
Загрузка...
Həyat yoldaşından tutmuş öz doğma bacısına qədər hər kəsi qətlə yetirən qadının qorxunc həyat hekayəsi... Nanni Doss adlı qadının özünəməxsus üsulla ailəsinin bütün üzvlərini qətlə yetirməsi eşidənləri heyrətə salır. Tarixin ən acımasız qatillərindən sayılan Nanni Doss 4 dekabr 1905-ci ildə Albamada dünyaya gəlib.
O, ailənin 5-ci övladı olub. Uşaq vaxtı atasının işgəncələrindən travmalar alan Nanni Doss uşaq yaşlarından ailəsinə nifrət edirdi. Ailəsinin zorakılığından xilas olmaq üçün gənc yaşlarında evlənən Nanni Dossun evlilikdə bəxti gətirməyib. 

Həyat yoldaşı tərəfindən də zorakılıqlara məruz qalan Nanni Doss ilk cinayətini törədib. O, həyat yoldaşını siçan dərmanı ilə zəhərləyərək öldürüb. Nanni öldürdüyü həyat yoldaşından 4 övlad da dünyaya gətirmişdi. Psixoloji problemləri olan qatil eyni zamanda alkoqol və siqaret alüdəçisi idi. Həyat yoldaşını zəhərləyib öldürməyin ona xoş gəldiyini hiss edən qadın insan öldürməyi hobbi halına gətirdi. 

Gözü dönmüş qadın 4 həyat yoldaşı, 2 övladı, 2 bacısı, anası, nəvələri və qayınanası ilə birlikdə toplam 11 nəfəri qətl edib. Nanni Doss 1954-cü ildə beşinci ərinin çayına siçan zəhəri tökərkən yaxalanıb və bütün törətdiyi qətlləri etiraf edib. Cinayətlərin səbəbini araşdıran məsul şəxslərə "Evlilikdən bezmişdim” deyən Nanni Dossun açıqlaması hər kəsi təəccübləndirmişdi. 






O dövrün qəzet başlıqlarında onu "Qatil, Qara Dul, Leydi Mavi Saqqal" kimi qələmə vermişdilər. Bütün ailəsini qətl edən cani qadın 1965-ci il iyunun 2-də bir xəstəxanada həyatını itirib. Ölüm səbəbi isə bilinmir.
Загрузка...
Загрузка...

Xəbər lenti