Evinin qarşısında oynayan məktəblini maşın vurub öldürdü Evinin qarşısında oynayan məktəblini maşın vurub öldürdü

Evinin qarşısında oynayan məktəblini maşın vurub öldürdü
Ötən gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə evinin qarşısında oynayan 2013-cü il təvəllüdlü Nəcəfzadə Kənan Elnur oğlunu vurub. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun keçindiyi məlum olub.
Qeyd edək ki, Nəcəfzadə Kənan 2-ci sinif şagirdi olub. 

Xəbər lenti