Evindən zorla çıxarılan Musa Məmmədov şəhər başçısını balta ilə hədələyir - “SƏNİ TİKƏ-TİKƏ EDƏCƏYƏM, MÜFTƏXOR, TERRORÇU!...” Evindən zorla çıxarılan Musa Məmmədov şəhər başçısını balta ilə hədələyir - “SƏNİ TİKƏ-TİKƏ EDƏCƏYƏM, MÜFTƏXOR, TERRORÇU!...” Evindən zorla çıxarılan Musa Məmmədov şəhər başçısını balta ilə hədələyir - “SƏNİ TİKƏ-TİKƏ EDƏCƏYƏM, MÜFTƏXOR, TERRORÇU!...”

Evindən zorla çıxarılan Musa Məmmədov şəhər başçısını balta ilə hədələyir - “SƏNİ TİKƏ-TİKƏ EDƏCƏYƏM, MÜFTƏXOR, TERRORÇU!...”
Загрузка...
 Rusiyanın Yamal-Nen muxtar respublikasının Novıy Urenqoy şəhərində azərbaycanlı Musa Məmmədov onu və ailəsini yaşadıqları evdən zorla çıxarmaq istəyən şəhər merini balta ilə doğramaqla hədələyib. Virtualaz.org xəbər verir ki, Məmmədovun yetkinlik yaşına çatmayan oğlu da meri iri bıçaqla hədələyərək onun "bağırsaqlarını çölə tökəcəyini” bildirib. Məmmədovun oğlu ilə birlikdə meri hədələyən videomüraciəti sosial şəbəkələrdə yerləşdirilib.
 
Belə məlum olur ki, Məmmədovun ailəsini iki uşaqla birlikdə "Urenqoyqazmontaj” tərəfindən 20 il əvvəl orderlə verilmiş ikiotaqlı mənzildən hələ 2017-ci ildə çıxarmaq haqda qərar çıxarıblar. Çünki binanın qəzalı olduğuna rəy veriblər. Lakin ailəyə yeni mənzil verməyiblər. Ailəni mənzildən çıxmağa məcbur etmək üçün qazı, işığı, suyu kəsiblər. Məmmədovun arvadı iki uşaqla birlikdə Azərbaycana gəlib və burada qaynatasının evində qalıb. Məmmədov isə mənzili uğrunda mübarizəni davam etdirib. Nəhayət 2018-ci ilin avqustunda onu şəhər administrasiyasına çağırıblar və yeni binada ikiotaqlı mənzilin açarını veriblər. Vəd veriblər ki, mənzilə orderi də tezliklə verəcəklər. Lakin cəmi iki həftə sonra şəhər hakimiyyəti mənzili boşaltmağı tələb edib.
Məhkəmə Məmmədovun mənzildən çıxarılması haqda qərar çıxarıb, amma azərbaycanlı mənzili tərk etmir. O, şəhər rəhbərliyinin müvəqqəti mənzil təklifini də qəbul etməyib, eyni zamanda təklif edilən iş yerində işləmək istəmir. Bu il mayın 15-də məhkəmə icraçıları Məmmədovu mənzili tərk etmək barədə sənədi imzalamağa məcbur etmək üçün bərk döyüblər, al-qana qərq ediblər. Musa mənzildən yenə çıxmayıb və aclıq elan edib. Mayın 26-da Məmmədovu və mənzil özbaşınalığından zərər çəkən bir qrup sakinlə birlikdə Yamal-Nen qubernatorunun müavini Arkadi Bessonov qəbul edib. Amma problem həll olumayıb.
İyunun 21-də isə Məmmədovu İstintaq İdarəsinə çağırıblar, onu inandırıblar ki, məhkəmə icraçıları barədə verdiyi şikayətin cavabını təqdim edəcəklər. Lakin Musa binaya daxil olanda onu döyən icraçılarla qarşılaşıb. Məhkəmə icraçıları qapını bağlayaraq Məmmədovun mənzildən çıxarılması haqda hökmü oxuyublar və bunu videoya çəkiblər, Musadan sənədə imza atmağı tələb ediblər. Amma Musa yenə imtina edib. 

"Mən şəhərin rəhbərinə, terrorçuya, müftəxora, İvan İvanoviç Kosoqrıza xəbərdarlıq edirəm. Sən, Kosoqrız, bir də mənim ailəmə soxulsan, bir də məhkəmə icraçılarının, İstintaq Komitəsinin, prokurorluğun, bütün bu quldurlarının, müftəxorlarının əli ilə mənim evimə soxulsan Allaha and olsun ki, bax bu balta ilə səni tikə-tikə doğrayacam. Sən məni başa düşdün, Kosoqrız, müftəxor?! Sən bizi boğaza yığmasan. Dünən sən məni İstintaq Komitəsinə çağırıb həmin icraçıların əliylə mənzildən çıxmağa məcbur etmək istəyirdin. Sən terrorçusan, mənim evimi dağıtmısan. Bunun axırı çox pis qurtaracaq. And olsun ki, əgər kişisənsə təkbətək qarşıma çıx”,-qəzəbli Musa videomüraciətində bildirir.
Daha sonra sözü əlində iri bıçaq tutmuş oğluna verir. "Bir də mənim atama toxunsanız sizin bağırsaqlarınızı çölə tökəcəyəm”,-Musanın yeniyetmə oğlu bildirir. "Sən məni eşitdin, müftəxor Kosoqrız?! Səni tikə-tikə edəcəyəm, "tvar", eşitdin? "Xaxol"!"-Musa oğlunun ardınca şəhər merinə hədələrini belə yekunlaşdırır. Sosial şəbəkələrdə Məmmədovun bu təhdidini qınayıblar və onun barəsində ölçü götürülməsinə çağırıblar. Amma azərbaycanlını dəstəkləyənlər də tapılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti