"Evimizə çörək apara bilmirik, boş-boş gəlib, qayıdırıq" - bazardan reportaj

Загрузка...
Ölkədə yayılan 10-dan çox adamın həyatına son qoyan, 1000-dən çox adamda aşkarlanan koronavirus pandemiyası ilə mübarizə aparan hökumət sərt karantin rejimi tətbiq edir. Bu rejim həyatın bütün sferalarına təsir edib, eləcə də bazarlara.
Ölkədə bir çox iş yerinin fəaliyyətinə müvəqqəti qadağa qoyulsa da, bazarlar açıqdır. Alıcı sarıdan, adətən, kasadlıq çəkməyən Bakı bazarlarında indi tək-tük alıcı gözə dəyir. Azərbaycanda xüsusi karantin rejimi aprelin 5-də tətbiq edilib və bu, aprelin 20-dək davam edəcək.
Vətəndaşlar yalnız SMS icazə ilə qısa müddətə evlərindən çıxa bilirlər. İşləyən bəzi vətəndaşlar isə küçəyə çıxmaq və ya işə gedə bilmək üçün xüsusi icazə sənədi almalıdırlar.

Xəbər lenti