Bakıda onlarla evdən oğurluq edən 24 yaşlı qadın tutuldu

Bakıda onlarla evdən oğurluq edən 24 yaşlı qadın tutuldu
Загрузка...

Bakıda oğurluqda şübhəli bilinən qadın saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Criminal.az-a verilən məlumata görə, Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən, daimi qeydiyyatı olmayan 1991-ci il təvəllüdlü İranə Musayeva tutulub.

Araşdırma zamanı onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, o, avqustun 3-də II Alatavada Mais Həsənovun, avqustun 5-nə keçən gecə Şamil Kərimovun, avqustun 21-nə keçən gecə, Z.Kərimov küçəsində Mahmud Feyzulayevin, avqustun 25-də M.Məmmədzadə küçəsində Nəsibə Ağayevanın, avqustun 30-na keçən gecə, X.Mustafayev küçəsində Füzuli Muxtarovun, sentyabrın 9-da Z.Kərimov küçəsində Rəşad Rəhimovun, sentyabrın 14-də II Alatavada yaşayan Xəlil Bayramlının, sentyabrın 16-da Zaur Aslanovun, Emin Məmmədovun, sentyabrın 22-nə keçən gecə, V.Əliyev küçəsində Anar Niftəliyevin, sentyabrın 23-də D.Bünyadzadə küçəsində Toğrul Musayevin, oktyabrın 2-nə keçən gecə, II Alatavada yaşayan Könül Hüseynovanın, oktyabrın 12-ə keçən gecə Ədalət Ağayevin, oktyabrın 20-nə keçən gecə Elşən Ağayevin, oktyabrın 25-də Xalid Ağayevin, oktyabrın 23-ə keçən gecə X.Mustafayev küçəsində Yaqut Mahmudovanın evindən, açıq qapıdan keçməklə pul, danışıq kartları, mobil telefonlar, sənədlər, noutbuklar, bankomat kartlarını qarət edib. Avqustun 16-da isə Şərifzadə küçəsin yerləşən xəstəxananın həyətində Naibə Zeynalovaya məxsus içərisində 503 manat olan pul kisəsini oturacağın üzərindən oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti