Bakıda nazirlik binasındakı hadisə ilə bağlı cinayət işi başlandı

Bakıda nazirlik binasındakı hadisə ilə bağlı cinayət işi başlandı
Загрузка...

Bakıda nazirlik binasında baş vermiş hadisə ilə bağlı cinayət işi başlandı. Bakı Şəhər Prokurorluğundan Criminal.az-a daxil olan məlumata görə, dekabrın 17-də saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq 1-ci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb. 

E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Criminal.az

Xəbər lenti