Ev dustağı edilən icra başçısının xanım müavini haqda şok iddialar

28 Fevral 2020, 17:15
28 Fevral
2020
17:15
1949
Gültəkin Sadıqova YAP-dan qovuldu, icra hakimiyyətindəki otağını boşlatdı; biznesi və daha nələr...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad olunub.
Bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev unikal.org-a məlumat verib.
İH rəsmisi bildirib ki, Gültəkin Sadıqova hazırda azadlıqdadır və barəsində məhkəməyə təqdimat verilməyib: "Onun barəsində iltizam qətimkan tədbiri seçilib və tutduğu vəzifəsindən azad olunub. G.Sadıqova icra hakimiyyətindəki otağını da boşaldıb”.
Qeyd edək ki, DTX əməkdaşları G.Sadıqovanın otağına baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
İnternet resurslarında G.Sadıqovanın qaranlıq biznesi ilə bağlı da ilginc məlumatlara rast gəlinir. Məsələn, medianın iddia etdiyinə görə, bağçalara nəzarəti öz üzərinə götürən Gültəkin Sadıqova dövlət və daxili büdcədən ərzaq məhsullarının alınması üçün ayrılan yüz min manatlarla vəsaitin bir hissəsini cibinə axıdıb. Bağçalardakı ərzaq maxinasiyasında əldə olunan qazancın 40 faizinin hazırda həbsdə olan sabiq icra başçısı İsmayıl Vəliyevə çatdığı deyilir.

"Aparılan araşdırmada məlum oldu ki, hər il Neftçala şəhər və kəndlərindəki uşaq bağçalarına dövlət və rayonun daxili büdcəsindən 100 min manatlarla vəsait ayrılır. Ümumi vəsait təxminən 300-400 min manat təşkil etdiyi halda Neftçala bağçalarındakı ərzaq çatışmazlığı bircə o anlama gəlir ki, rayonun icra başçısı İsmayıl Vəliyev və müavini Gültəkin Sadıqova uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyirlər. Beləliklə, icra başçısı ilə müavini hər il bağça maxinasiyasında ən azı 150-200 min manat qazanc götürürlər” deyə, 7news.az saytında bildirilir.
Gültəkin Sadıqovanın hətta Neftçala Rayon İcra Hakimiyətinin başçısı arzusuna düşdüyü də qeyd olunur.
İddiaya görə, Gültəkin Sadıqovanın nəinki Neftçala rayonunda obyektləri, villaları, hətta Bakı şəhərində yeni tikilmiş binalarda mənzilləri, öz adında qeydiyyatda olmayan obyektləri də olub.
Məktəblərə direktorların təyin edilməsi, dərs saatlarının bölüşdürülməsi belə icra başçısının xanım müavini ilə məsləhətlilə həyata keçirilib.
Daha bir diqqətçəkən məqam YAP-ın bəzi üzvlərinin G.Sadıqovanın namizədliyinə qarşı olmasıdır. Bu barədə də internetdə məlumatlar var.
Bildirilir ki, YAP-ın rayon təşkilatının bəzi üzvləri hakim partiyadan namizədliyi irəli sürülən Gültəkin Sadıqovaya qarşıdırlar. Sitat: "Gültəkin Sadıqovanın Milli Məclis kimi mötəbər bir quruma Neftçalada YAP-ın namizədi olması partiyamızın rayondakı nüfuzuna vurulan zərbədir. Biz həmçinin bu namizədin YAP-da olmasını hakim partiya adlna ləkə kimi qəbul edirik. Əlbəttə, biz bilirik ki, Gültəkin Sadıqovanın namizədliyinin arxasında duran adam icra başçısı İsmayıl Vəliyevdir. Məhz İsmayıl Vəliyevin Gültəkin Sadıqova ilə münasibətləri bu qadının karyerasının əsasını təşkil edib.
Gültəkin Sadıqovanın adı daima rayonda korrupsiya və rüşvət qalmaqallarında hallanır. Onun başçı İsmayıl Vəliyev üçün pul yığdığını rayonda hər kəs bilir. Nə qədər insanı aldatdığı da ortadadır. Bu gün Neftçala səhiyyəsinin, Neftçala təhsilinin və ən əsası Neftçala mədəniyyətinin bərbad vəziyyətdə olmasının əsas səbəbkarlarından biri də Gültəkin Sadıqovadır və onun icra başçısı ilə birlikdə yürütdüyü koppursioner siyasətdir.
Gültəkin Sadıqovanın Milli Məclisdə Neftçalanı təmsil etmək üçün mənəvi haqqı yoxdur. Bu sözlərimizə sübut olaraq onu göstərə bilərik ki, bir zamanlar Gültəkin Sadıqovanın adı narkotik qalmaqalında belə hallanıb və başçının humanitar məsələlər üzrə müavinin xalası İrandan narkotik gətirərkən həbs edilib və uzun müddət həbsxanada yatıb. Həmin vaxt rayonda gəzən söz-söhbətlərdə Gültəkin Sadıqovanın da adı hallanırdı".
Yada salaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində icra başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavinləri Vurğun Əkbərov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar. Onlar barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Foto, Cəmiyyət, Dosye
“Oğlum “Xaliq Faiqoğlu”nun qarajında faciəli şəkildə ölüb, maraqlanmırlar”
-
Məhkəmə, Dosye
10 yaşlı qızın qətl işi: Həqiqəti üzə çıxarmaq üçün istintaqa ipucları verdik, araşdırmadılar
-
Dosye
DTX-nin XİN əməliyyatının pərdəarxası
-
Foto, Korrupsiya, Dosye
XİN necə ailə şirkətinə çevrilib? - Canəhmədovların diplomatik gücünün sirri
-
Dosye
“Guya məni müdafiə edirsiniz” - Mənsimov onlara səsləndi
-
Manşet, Video, Dosye
Üç il əvvəlin cinayət dosyesi - Səfir oğlunun adı keçən müəmmalı ölüm
-
Video, Dosye
Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır
-
Manşet, Dosye
"Məsləhət gördü ki, yazmamışdan əvvəl cəbhəçilər, xüsusən də Sülhəddin Əkbərlə mütləq görüşüm"
-
Dosye
Zakir Qaralov jurnalistin üzünə qoyduğu işçisinə də güzəşt etməyib - MƏŞHUR PROKUROR İŞƏ ÇIXMAQDAN İMTİNA EDİR