“Etirazçılar hərbçiləri döyüb və ələ salıblar” - Tokayev

“Etirazçılar hərbçiləri döyüb və ələ salıblar” - Tokayev
"Almatıdakı iğtişaşların iştirakçıları hərbçiləri döyüb və ələ salıblar”. "Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu xalqa ikinci müraciətində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
"Etirazçılar izdihamı hərbçiləri döyür, məsxərəyə qoyur, onları küçədə lüt gəzdirib, qadınları təhqir edir, mağazaları qarət edirlər. Vəziyyət Almatı şəhərinin bütün sakinlərinin təhlükəsizliyini təhdid edir”, - deyə Tokayev qeyd edib.
Onun sözlərinə görə, polislər arasında ölənlər və yaralananlar var. Eyni zamanda, Tokayev hərbçilərə və hüquq-mühafizə orqanlarına təşəkkür edib. "Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - prezident deyib. O, hakimiyyətin qanun pozucularına münasibətdə mümkün qədər sərt davranacağını vurğulayıb.

Xəbər lenti