"Etiraf edirəm ki, səhv etmişəm"

Загрузка...
"Dürüst olmağın zəif  cəhətləri var, bəzən hiyləgər insanların toruna düşürsən. Indi başa düşürəm ki, mən də bunların hiyləgər  niyyətlərini görmədiyim üçün aldanmışam, səhv etmìşəm". Bu fikrlər bir müddət əvvəl Vəkillər Kollegiyasından xaric edilən vəkil İradə Cavadovaya məxsusdur.
Xanım hüquqşünas qeyd edib ki, vəkillik fəaliyyəti boyunca daim haqqın və ədalətin  yanında olub:
"Ədalətli mövgedə olan  hüquqşunas və vəkil kollegalarıma dəstək vermişəm. Lakin o zamanlar Yalçının  Kollegiyadan uzaqlaşdırıldığını Rəyasət Heyətindəki səsvermədə, onu dəstəkləməyim görünür qaranlıq gücləri cox hirsləndirmiş oldu ki, o vaxt da ilk bəhanə ilə mənim uzaqlaşdırılmağım üçün qərar verib icrasını indiki sədrə tapşırdılar.
Vətəndaşların hüquqlarını qorxmadan müdafiə edəcək bütün müstəqil hüquqşünasları və vəkilləri təmizləməyə qərarlıydılar, bu səbəblə də nümayəndəlik institutunu da ləgv etdilər.
Etiraf edirəm ki, nümayəndəlik institutu ləğv olunanda səhv mövge tutmuşdum. Çünki o vaxt bunların həqiqi niyyətini başa düşməmişdim. Hesab edirdim ki, hüquqi savadı olmayanlar nümayəndəlik etməyəcək, savadlı hüquqşünas dostlarım da kollegiyaya qəbul olunub vəkil vəsiqəsi alacaqlar.
O vaxt mənə də deyilmişdir ki, yaxın bir zamanda kollegiya üzvlərinin sayısını 10 min nəfərə çatdıracaqlar. O vaxt təxmin edə bilmədim ki, bunlar 1 nəfər də olsa müstəqil, sözünü deyə bilən hüquqşünası kollegiyaya almayacaqlar.
Gec də olsa bu səhvimi etiraf edirəm. Bizi aldadaraq, bölərək, bir-birimizə düşürərək, tək-tək sıradan çıxarırlar. Bunu dərk edib, digər kolleqalarımızı qorumaqdan çəkinməməliyik. Onların sayısı tək-tük qalıb, gərək onları qorumağı bacaraq".
Загрузка...
Загрузка...

Xəbər lenti