“Əsgər yoldaşımı güllələyəndən sonra şokdaydım”

“Əsgər yoldaşımı güllələyəndən sonra şokdaydım”
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənovun məhkəməsi keçirilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib. Kənan Məmmədov deyib ki, həftəsonları şəhərə çıxmaq üçün komandirlərə pul verib:
"Pulu birbaşa Kazım Həsənova verməmişəm, hərbi hissəyə qayıdanda 40 manat pulu hərbi biletin içinə qoyub verirdim”.
K.Həsənov deyib ki, həmin ərəfədə əsgər Rauf Qasımzadə əsgər yoldaşı İlkin Tanrıverdiyevi güllələyərək yaralayıb: "Bu hadisədə mənim bir günahım yox idi. Amma bu işə görə dindirilən əsgərlərdən mənim əleyhimə təzyiqlə ifadə alıblar”. 5 il cəza alan R.Qasımzadə də konvoyun nəzarəti ilə məhkəməyə gətirilib və ifadə verib: "İstintaqda yalan danışdım, əsgər yoldaşımı güllələyəndən sonra şokdaydım, ona görə elə dedim. Komandirimə rüşvət verdiyimi demişəm, amma bu yalandır”.
Загрузка...
Загрузка...

Xəbər lenti