Əsgər yaxınlarını Gəncəyə, andiçməyə aparan mikroavtobus mənzil başına çatmadı - 19 YARALI VƏ QOLU KƏSİLƏN VAR Əsgər yaxınlarını Gəncəyə, andiçməyə aparan mikroavtobus mənzil başına çatmadı - 19 YARALI VƏ QOLU KƏSİLƏN VAR

Əsgər yaxınlarını Gəncəyə, andiçməyə aparan mikroavtobus mənzil başına çatmadı - 19 YARALI VƏ QOLU KƏSİLƏN VAR
Загрузка...
Ötən gecə Hacıqabul rayonunda da çoxsaylı sərnişinlərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes Sprinter" markalı mikroavtobusla "Ford" markalı avtomaşın toqquşub.
Nəticədə 20 nəfərə yaxın adam xəsarət alıb. Yaralılar "təcili yardım" maşınlarının köməkliyi ilə Hacıqabul və Şirvan rayon mərkəzi xəstəxanalarına çatdırılıblar. Qəzada xəsarət alanlar Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu, Həsənov Qalib Cavanşir oğludur. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun virtualaz.org-a bildirdiyinə görə, qəza nəticəsində 19 nəfər yaralanıb.
"10 nəfər Şirvan xəstəxanasına, 9 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Kürdəmir xəstəxanasından verilən məlumata görə, qəzadan sonra 6 qadın, 2 kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya Travmatologiya İnstitutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan Mərkəzi Rayon Xəstəxanasına 4 kişi, 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə-beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir", - deyə məlumatda qeyd olunub.
"Report” agentliyi bildirir ki, mikroavtobusda olan sərnişinlər Gəncəyə "N" saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş. 





Загрузка...
Загрузка...

Xəbər lenti