“Əsgər ölümü” işi: Hərbi hissədə zorakılıq, təcavüz, şantaj…

04 Sentyabr 2019, 20:26
04 Sentyabr
2019
20:26
3900
Təxminən dörd il öncə - 2015-ci il dekabrın 27-də Naxçıvandakı hərbi hissələrdən birində əsgər A.A vəfat etmişdi. 9 ayın əsgəri olan kiçik çavuş A.A-nın ölümünün səbəbləri araşdırılanda həmin hərbi hissədə əsgərlərə qarşı fiziki zorakılıqdan tutmuş, onlara çatası aylıq 22 manatın əllərindən alınması, görüntülərini internetdə yaymaqla şantaj edilməsi, təcavüzə qədər müxtəlif halların üstü açılıb. Hərbi hissədə məruz qaldığı zorakılıq, ləyaqətinin alçaldılması nəticəsində 19 yaşlı əsgər avtomatla alın nahiyəsindən atəş aşaraq, özünü öldürüb.
Araşdırmalar zamanı həmin hərbi hissədə mərhum A.A-dan başqa əsgərlərin də ləyaqətlərinin alçaldığı, çalpaq şəkillərinin yayılmasıyla hədələnib təcavüzə məruz qaldıqları, döyüldükləri üzə çıxıb. Meydan TV sözügedən zərərçəkmiş əsgərlərlərin adlarını da əldə edib, sadəcə, etik prinsipləri nəzərə alaraq, onların açıqlanmasını doğru hesab etmir.
Bu hallara görə hərbi hissədə qumbaraatan vəzifəsində xidmət etmiş Vüsal Abdullayev həbs olunub.
O, Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətlər), 182-ci (hədə-qorxu ilə tələbetmə), 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham olunub. 23 yaşlı V.Abdullayev Naxçıvan Hərbi Məhkəməsinin hökmüylə 13 il azadlıqdan məhrum edilib.
Əsgərlərin döyülüb, şantaj edilib seksual hərəkətlərə məcbur edilməsi də cinayət işinin materiallarında yer alıb.
Meydan TV-yə təqdim olunan cinayət işinin materiallarından bəlli olur ki, əsgərlərə qeyri-ənənəvi yollarla təcavüz edilib.
Cinayət işindən bəlli olur ki, bu hərbi hissədəki odun damında əsgərlər müxtəlif bəhanələrlə döyülüb, təhqir olunub. Heç bir əsas olmadan əsgərlərə "döyüşə” komandası verib, yerdə sürünməyə məcbur ediblər. Yerə uzananda da o əsgərlər təpikləniblər. Elə əsgərlər var ki, hərbi xidmətdə olduğu dövrdə sevdiyi qızla, nişanlısıyla telefonla danışıb. Həmin danışıqlar yazılıb və sonradan o şəxslər şantaj edilib. Hədələniblər ki, əgər deyilən tələbi yerinə yetirməsələr, danışıqları başqa əsgərlərin qarşısında səsləndiriləcək, internetdə yayılacaq.

Əsgər illüstrasiyası
Zərərçəkənlərdən biri deyib ki, sevgilisi ilə danışığının yazıldığını biləndən sonra həmin telefonu alıb sındırmaq istəyib. Buna görə onu möhkəm döyüblər. Əsgərlərin özləri ilə yanaşı, ailələrinin, ana-bacılarının ünvanına da təhqirlər işlədiblər.
Başqa bir əsgərin sözlərinə görə, onu təhqir edib döyəndən sonra əllərini yapışqanlı lentlə bağlayıb, yerə yıxıblar. Paltarlarını çıxarıb, telefonla çılpaq şəkillərini çəkib onları internetdə yaymaqla hədələyiblər. Bu hədə-qorxu altında da bir neçə dəfə ona qarşı təcavüz olunub.
Zərərçəkən əsgərlər məhkəmədə də V.Abdullayevdən şikayətçi olduqlarını bildiriblər. Hətta onların bəziləri V.Abdullayevin 13 il azadlıqdan məhrum edilməsini yüngül hesab edərək, cəzanın ağırlaşdırılmasını tələb edib.
Həm zərərçəkənlər, həm də V.Abdullayev hökmün dəyişdirilməsi üçün apelyasiya şikayəti versə də, şikayətlər təmin edilməyib. Naxçıvan Ali Məhkəməsi hökmü dəyişməyib.
Təqsirləndirilən şəxs 2019-cu ildə, şikayət müddəti ötdükdən sonra Ali Məhkəməyə müraciət edib. V.Abdullayev müraciətində müddəti üzrlü səbəblərdən ötürdüyünü yazıb. Onun sözlərinə görə, səhhətindəki problemlər və zərərçəkənlərlə barışmaq istəyi ucbatından müddəti ötürüb. Lakin Ali Məhkəmə şikayət müddəti keçdiyi üçün ərizəni qəbul etməyib.
Xəbər lenti
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
-
13:41“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
12:18Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
-
01:388 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
-
01:34Ali Məhkəmə "Lider" telekanalının rəhbərliyinə "yox" dedi
-
23:16Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
23:15Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
23:11Qadın güləşçi: Polislər dedi ki, belə ifadə verməsən, başını qırxacağıq
-
23:09Daha bir şəhidimiz dəfn olundu
-
23:05Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
Məhkəmə, Dosye
10 yaşlı qızın qətl işi: Həqiqəti üzə çıxarmaq üçün istintaqa ipucları verdik, araşdırmadılar
-
Manşet, Foto, Məhkəmə, Dosye
Praqada biznesmen Rəşad Qafarovu sifarişlə qətlə yetirən Ramil Əliyevə qiyabı hökm - BAKINI TƏRK EDİB VƏ YERİ MƏLUM DEYİL...
-
Məhkəmə, Dosye
“Əsgər ölümü” işi: Hərbi hissədə zorakılıq, təcavüz, şantaj…
-
Məhkəmə, Dosye
Qətl törədib 11 il “yatdı”, çıxıb cəmi 3 ay sonra bacılarını doğradı... - BUZOVNADAKI QANLI DRAMIN TÜKÜRPƏDİCİ TƏFƏRRÜATLARI
-
Manşet, Məhkəmə, Dosye
“Əmin idim ki, mən evdə olmayanda Ofeliya ilə görüşmək üçün bizə gedir”
-
Foto, Məhkəmə, Dosye
Minskdə səs-küylü qətl: Rüstəm Rəhimov qız məsələsinə görə bıçağa əl atır... - “NİYƏ ONLARI AYIRMIRDIN, QAÇIRDIN?”
-
Sənəd, Manşet, Məhkəmə, Dosye
Bakıda müstəntiqlə "iş görən" cindar ana-bala həbsə düşdü - CİNAYƏT DOSYESİ
-
Məhkəmə, Dosye
“Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - qatilin şok etirafları
-
Məhkəmə, Dosye
Aygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTO