Əsgər ailəsinə cənazəsi getdi Əsgər ailəsinə cənazəsi getdi

Əsgər ailəsinə cənazəsi getdi
Загрузка...
Azərbaycan ordusunun əsgəri həlak olub. Criminal.az saytı xəbər verir ki, Şəki rayon Çay Qaraqoyunlu kəndindən hərbi xidmətə çağırılmış Hümbətov Aqil Vüqar oğlu martın 18-də cəbhənin Cocuq Mərcanlı kəndi istiqamətində dünyasını dəyişib.  
Çay Qaraqoyunlu kəndinin sakinləri Criminal.az saytına bildirdi ki, əsgər artıq dəfn olunub. 
Əsgərin ölümü barədə Azərbaycanın Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıb. Bayram günü olduğundan rəsmi qurumlardan hadisə ilə bağlı ətraflı xəbər almaq mümkün olmayıb.
++++++++
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı "Bizimyol.info” saytına açıqlamasında əsgərin həlak olma səbəbinin erməni tərəfdən açılan atəşin olmadığını deyib. O bildirib ki, Hümbətov Aqilin həlak olması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.

Загрузка...
Загрузка...

Xəbər lenti