Ermənistanın Azərbaycana hücumu qəfil sayıla bilərmi?

Ermənistanın Azərbaycana hücumu qəfil sayıla bilərmi?
Загрузка...
Bu gün bu sualın belə qoyuluşu, az da olsa məlumatlı oxucunun acı təbəssümünə səbəb ola bilər. Qarşımızdakı, bir əsrdən də çox müddətdə torpaqlarımızın 50%-dən çoxunu zəbt etmiş, etnik təmizləmələr nəticəsində 100 mindən çox mülki həmvətənimizi qətlə yetirən, canımızı, malımızı alan düşməndir! Bilməyənlər gərək axır ki, anlasınlar – düşməndən hər an, hər tərəfdən və hər bir hərəkət gözləmək lazımdır – bu müharibədir və onun öz qanunları var!
Bu gün torpaqları geri almaq üçün danışıqlar masasında Azərbaycan tərəfdən də ciddi arqumentlər olmalıdır. Müharibə qanunlarından başı çıxan adamlara çoxdan bəllidir ki, BMT və digər beynəlxalq təşkilatların Ermənistana qarşı qətnamə və diqər normativ sənədləri, habelə dünya ölkələrinin qanunsuz Dağlıq Qarabağ Respublikasını tanımaması Azərbaycana torpaqları qaytarmaq üçün arqument deyil. Mən bu arada Tovuz döyüşlərini şərh edərək bəzi məmurların Covid-19 pandemiyasına istinadlarından danışmaq istəmirəm.
Çoxdan bəllidir ki, Azərbaycan Ordusunun döyüş strategiyası müdafiə versiyasından savaş meydanını düşmən ərazisinə keçirərək, hücum versiyasına köklənməlidir! 2016-ci ilin Aprel döyüşlərindəki məğlubiyyətindən ibrət götürən Ermənistan 22 illik atəşkəs durğunluğundan oyanıb Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarda bütün hərbi hissələrini reinfors edərək, bir sıra yüksək rütbəli zabitləri əvəzləyib, ordunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirib, yeni silah və sürsatla təchiz edib. Buna Ermənistan büdcəsindən külli miqdarda vəsait xərclənib. Və Qarabağdakı ordunu daha da gücləndirmək məqsədi ilə Ermənistan ərazisində yerləşən bir sıra hərbi hissələri zəiflədiblər…
Tovuz hadisələri və Ermənistan tərəfinin son provokasiyası Azərbaycan Ordusunun döyüş strategiyasına, savaş meydanını düşmən ərazisinə keçirərək, hücum versiyasına keçmək üçün tarixi zəmin yaradır. Bu imkandan istifadə edərək, şanlı Azərbaycan Ordusu 3 günlük hərbi kampaniya nəticəsində Ermənistanın 156 min əhalisi və 2700 kvadrat kilometr ərazisi olan Tavuş rayonunu tam nəzarət altına ala bilər. Bəli, hərbçi yoldaşlarım mənə hücumçu tərəfin ikiqat daha çox itki verəcəyini deyə bilərlər, amma nəzərə alsaq ki, 1994-cü ildən bu günə qədər, atəşkəs zamanı şanlı Ordumuz minə yaxın əsgər Şəhid verib, qarşıdaki ali məqsəd üçün şəxsən mən mobilizasiya olub Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazıram! Ümüdvaram ki, mən tək deyiləm.
Eyni zamanda, Qarabağ və işğal olunmuş ətraf rayonlarında Ermənistan ordusunu zəiflətmək üçün mobilizasiya olunmuş Azərbaycan könüllülərindən ibarət partizan dəstələri və diversiya qrupları yaradaraq həmin ərazilərə yerlədirmək lazımdır. Bu partizan dəstələrində maksimum 20-50 nəfərdən ibarət dəliqanlı olmalı, onlar daxildən düşmən təchizatını dağıtmalı və hərbi hissələrin rəhbər-zabit tərkibini məhv etməlidirlər. Bu partizan dəstələri üçün Azərbaycanda kifayət qədər imkanlar və dəliqanlı resursları mövcuddur. Lakin onu da unutmaq lazım deyil ki, bütün bu əməliyyatların həyata keçirilməsi asan olmayacaq, amma Azərbaycan Ordusunun bunu üçün bütün imkanları var – artıqlaması ilə.
Digər tərəfdən, asan döyüş bir termin olaraq Azərbaycanın şərəfli Ordusuna və onun əsgərlərinə yaraşan məhfum deyil. Bir sözlə Ermənistanın Azərbaycana hücumu qəfil sayıla bilməz elə Azərbaycanında Ermənistana hücumu axırıncılar üçün qəfil olmayacaq. Fərq ondan ibarətdir ki, Ermənistan işğalçıdır və bilir ki əvvəl axır zəbt etmiş torpaqları qaytaracaqlar, Azərbaycan isə sadəcə öz tarixi torpağları uğrunda vuruşur və onları geri almalıdır! Əks təqdirdə niyə artıq 25 ildən çoxdur ki, Ermənilər işğal etdiyi bir sıra Azərbaycan şəhərlərini yalnız talan etməklə məşğuldur…
Odur ki, Marş İrəli Azərbaycan Əskəri, Allahın Haqqı Bizimlədir!!! Şərəflə vuruşaraq həlak olan əsgər və zabitlərimizə Allahdan rəhmət diləyirəm. Analar və Atalar, fəxr edin balalarınızla – necə ki, mənim anam və atam fəxr edirdi oğulları Çingizlə! Bilirəm ki, bu itkilər əvəzolunmazdır, amma əminəm ki, göydə Allah, yerdə Azərbaycan hökuməti bu igidlərin ailələrinin haqqını tam şəkildə ödəyəcək!
ARDI VAR…

Xəbər lenti