Ermənistan vətəndaşları məhkəmədə: “Hərbçi kimi əmri icra etmişik”

11 Yanvar 2022, 12:41
11 Yanvar
2022
12:41
1636
Ermənistan vətəndaşlarının məhkəmə araşdırmaları başlayıb
Bakıda həbsdə olan iki Ermənistan vətəndaşı – İşxan Aşoti Sarqsyan və Rafaelyan Vladimir Otarinin işi üzrə məhkəmə araşdırmaları başlayıb. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, proses Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.
Yanvarın 10-da hakim Elmin Rüstəmovun sədrliyilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib.
Orada yazılıb ki, Sarqsyan İşxan Aşoti Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri olub. Digər təqsirləndirilən Rafaelyan Vladimir Otari mühəndis istehkamçı kimi hərbi xidmət keçib. Onlar 27 may 2021-ci ildə, gecə saat 3 radələrində Azərbaycan sərhədini Kəlbəcər rayonu istiqamətində növbəti dəfə qanunsuz keçiblər. Onlar Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin keçid yollarında minalanma işlərini həyata keçirib.
Təqsirləndirilən şəxslərdən ümumilikdə 23 ədəd mina götürüldüyü iddia olunur.
Onlara qarşı Cinayət Məcəlləsinin 214.2.3 (Terrorçuluq, silahdan istifadə etməklə törədildikdə), 228-ci (qanunsuz silah-sursat əldə etmə, saxlama), 318 (ölkə sərhədini keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə ittiham irəli sürülüb.
İttiham aktının elanından sonra hakim təqsirləndirilən şəxslərə məlumat verib ki, əgər ittiham təsdiqini tapsa, bu maddələrdə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İttihama münasibət bildirən Ermənistan vətəndaşları özlərini təqsirli bilməyiblər. Bu səbəbdən qərar verilib ki, öncə şahidlər dindirilsin, onlardan sonra təqsirləndirilən şəxslər ifadə verəcək.
Şahid qismində Azərbaycan Ordusunun zabiti Nicat Abdulhüseynov ifadə verib.
O bildirib ki, Kəlbəcər rayonun Ayrım yaşayış yeri ərazisindəki döyüş mövqeyində xidmətdə olanda bu hadisə baş verib: "Mayın 27-də gecə saatlarında bizə məlumat verdilər ki, düşmənin bizimlə üzbəüz mövqeyində fəallıq var. Biz bütün mövqelər üzrə gücləndik. Xəbər gəldi ki, sol cinahdan düşmənin 6-8 nəfər hərbi qulluqçusu bizim döyüş mövqeyimizə girir. Gecə görmə cihazları ilə onların faəliyyətini izlədik. 4 tank əleyhinə, 20 piyada əleyhinə mina basdırmaq istəyirdilər. Biz əməliyyat keçirib, onları tərk-silah etdik”.
Digər zabit Hüseyn Həsənov da şahid qismində dindirilərkən bənzər ifadə verib.
Təqsirləndirilən İşxan Sarqsyan ifadəsində deyib ki, xüsusi təyinatlı hərbi hissədə xidmət edirdi. Mayın 24-də komandanlıqdan onlara əmr gəlib, onu Sisyana göndəriblər.
"Ayın 25-də Qaragöl ətrafında yerləşən qrupumuza qoşulduq. Sonra Basarkeçər ərazisinə göndərildim. Əmr gəldi ki, oranın kəşfiyyatı aparılsın, yolu minalamaq lazımdır. O yolu minalayıb, bağlamaq fikrimiz vardı. Minaları basdırandan sonra tikanlı məftil çəkəcəkdik ki, oranın minalı olması hamıya məlum olsun.
Komandanlıqdan əmr almışdıq ki, kiminləsə qarşılaşsaq belə, konflikt yaratmayaq. İşimizi görüb bitirəndən sonra Azərbaycan əsgərləri gəldi”.
O əlavə edib ki, heç bir müqavimət göstərmədən azərbaycanlı hərbçilərə təslim olublar.
Onun ifadəsinə əsasən, əvvəllər Bakı-Tbilisi-Ceyhan kəmərinin partladılması ilə bağlı döyüş tapşırıqları olub. Hətta 2020-ci ildə Tovuz döyüşləri zamanı tapşırıq gəlib ki, o ərazidə zəif müdafiə olunan yerlərin kəşfiyyatı aparılsın.
Digər təqsirləndirilən Rafaelyan Vladimir deyir ki, komandirin əmrilə xüsusi təyinatlara qoşulub.
Rəhbəri də İşxan Sarqsyan olub:
"Göstəriş verildi ki, tikanlı məftilləri özümlə götürüm. Əraziyə 3 tank minası və 20 piyada əleyhinə mina daşıdım. İşxanın əmrinə tabe olmalıydım. Gecə Kəlbəcər rayonuna daxil olduq. Minaları basdırmaq əmrini aldıq. Minaları yaxşı örtə bilmədik, təpəcik görünürdü. Bu zaman Azərbaycan Ordusunun hərbçiləri bizə yaxınlaşdı. Təslim olduq”.
Hər iki təqsirləndirilən şəxs bildirib ki, terrorçuluq və digər ittihamlar əsassızdır. Onlar vurğulayıb ki, hərbçi kimi əmri icra ediblər, heç bir terrorçuluqdan söhbət gedə bilməz.
Məhkəmə prosesi yanvarın 24-də davam edəcək.
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
Manşet, Məhkəmə
Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”