Ermənistan Müdafiə Nazirliyi: "Döyüşlər Şuşa meşələrində, Şuşa ətrafında və dərələrdə gedir"

Ermənistan Müdafiə Nazirliyi:
Ermənistan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsun Hovhanisyan bu gün, axşamüstü keçirdiyi mətbuat konfransında Şuşa meşələrində, Şuşa ətrafında və dərələrdə döyüşlərin getdiyini bildirib.
Onun sözlərinə görə, qarşı tərəfin məqsədi Şuşaya girib, bayrağı şəhərin bir yerində sancıb şəkil çəkməkdir. Azərbaycan "diversantlarının üstündə Azərbaycan bayrağı olur, onlar Qarabağın müxtəlif yerlərində bayrağı sancıb şəkillərini çəkir, lakin sonra qaçırlar”, - Hovhannisyan deyib.
Hovhannisyan istisna etmir ki, hansısa "düşmən təxribatçısına Şuşa qalası fonunda Azərbaycan bayrağının şəklini çəkmək nəsib olar”. "Bununla onlar sadəcə hərbi yox, psixoloji tapşırıq həll edirlər”, - Hovhannisyan deyib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin Şuşaya hücum haqqında bəyanatları "reallıqdan uzaqdır”. O, qarşı tərəfin həmlələrinin qarşısının alındığını deyib. "Bizim əsas məqsədimiz təxribatçı qrupları ləğv etmək, sonra mövqelərimizi qoruyub möhkəmləndirməkdir”, - Ermənistan MN nümayəndəsi deyib.
O bildirib ki, döyüşlər davam etsə də, vəziyyət kritik deyil. Article share tools

Xəbər lenti