Ermənilər yenə Azərbaycan sərhədçisini yaraladı

Ermənilər yenə Azərbaycan sərhədçisini yaraladı
Загрузка...
 Hadisə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib
İyulun 31-də daha bir sərhədçi yaralanıb. Məlumatı Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, saat 16:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində döyüş mövqeləri atəşə tutulub.
Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin 1 hərbi qulluqçusu yaralanıb. "Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur,”- deyə məlumatda vurğulanır.
İyulun 18-də də Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində Dövlət Sərhəd Xidmətinin bir əsgəri yaralanmışdı. DSX-nın məlumatında bildirilirdi ki, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.
Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgərə dərhal tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.
Загрузка...
Загрузка...

Xəbər lenti