Ermənistan yenidən azərbaycanlı uşaqları güllələyir - 28 İL ƏVVƏL OLDUĞU KİMİ Ermənistan yenidən azərbaycanlı uşaqları güllələyir - 28 İL ƏVVƏL OLDUĞU KİMİ

Ermənistan yenidən azərbaycanlı uşaqları güllələyir - 28 İL ƏVVƏL OLDUĞU KİMİ
Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir. APA-nın məlumatına görə, yaxın saatlarda düşmən ordusu Gəncə şəhərini yenidən raket atəşinə tutub.
Raketlərdən bir neçəsi yaşayış binalarına düşərək dağıdıb. Ölənlərin və yaralananların olduğu bildirilir. Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. FHN-in xilasediciləri tərəfindən dağıntılar altından qalan insanların çıxarılması tədbirləri davam edir.
Qeyd edək ki, düşmənin zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib. 








Xəbər lenti