Ermənilər dəfn zamanı atəş açdı - 3 mülki şəxs həlak oldu Ermənilər dəfn zamanı atəş açdı - 3 mülki şəxs həlak oldu

Ermənilər dəfn zamanı atəş açdı - 3 mülki şəxs həlak oldu
 Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir. "Qafqazinfo"nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, düşmən mərmilərindən biri qəbiristanlığa düşüb. Həmin vaxt dəfn mərasimi keçirilirmiş.
İlkin məlumata görə, hadisə nəticəsində 3 mülki vətəndaş həlak olub, 3-ü isə yaralanıb. Hadisə nəticəsində qəbiristanlıqda bir neçə məzar dağılıb. Bundan başqa, avtomobillərə də ciddi ziyan dəyib. *** Yaralıların sayı 5 nəfərə çatıb.
***
Həlak olanların və yaralıların adlarını təqdim edirik:
Məmmədov Füzuli Əli oğlu (1966) Əmirov Nofəl Yelmar oğlu (1968) Əmirov İskəndər Yelmar oğlu (1967) Allahverdiyev Elsevər Vəli oğlu (1979) Qənzənfərli Rafael Qəzənfər oğlu (1986) Həlak olanlar: Rüstəmov Vasif Bahadur oğlu (1962) Orucov Pərviz Novruz oğlu (1989) Zamanov Şakir Xasay oğlu (1988)




Xəbər lenti