Ermənilər Bərdəni yenidən raketlə vurdu

Ermənilər Bərdəni yenidən raketlə vurdu
Ermənistan Silahlı Qüvvələri Bərdəyə növbəti dəfə raket zərbəsi endirib. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat yayıb: "Ermənistan Tərtərə raket hücumlarından sonra Bərdəni atəşə tutub. Ötən gün klaster silahları ilə Bərdədə mülki şəxslərin ölümündən heç bir dərs çıxarılmadı. Ermənistan hərbi işğala və müharibə cinayətinə son qoymalıdır".
***
H. Hacıyev daha sonra qeyd edib: "Ermənistan Bərdəyə qarşı yenidən "Smerç” raketlərindən istifadə etdi. Vətəndaşlar arasında itki olduğu bildirilir. Ermənistanın bu cür müharibə cinayətləri acınacaqlıdır”.
***
Baş Prokurorluğun yaydığı məlumata görə, Bərdədə14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xəbər lenti