Erməni qadından etiraf: “Qayınatam azərbaycanlı hamilə qadınlara təcavüz edib, qulaqlarını kəsib” Erməni qadından etiraf: “Qayınatam azərbaycanlı hamilə qadınlara təcavüz edib, qulaqlarını kəsib”

Erməni qadından etiraf: “Qayınatam azərbaycanlı hamilə qadınlara təcavüz edib, qulaqlarını kəsib”
Загрузка...
Ukrayna telekanalında yayımlanan verilişdə erməni qadın ağlayaraq həqiqətləri danışmalı olub. Minval.info xəbər verir ki, "Ekstasenslər araşdırma aparır” verilişində iştirakçılardan biri erməni qadının həyətində olan zaman dəhşətli cinayətlərin olduğunu hiss edib: "Sizin ailədə manyak var? Bu qədər dəhşətli cinayəti necə törədib? Həmin şəxs onlarla qadını öldürüb, onlara təcavüz edib. Bu evdə olan bədbəxtliklərin səbəbi onun günahlarıdır”.
Bu zaman Nelli adlı erməni qadın hər şeyi ağlayaraq etiraf etməli olub: "Mən ilk dəfə evlənəndə 18 yaşım var idi. Qayınatam Qarabağda döyüşmüşdü. Mənə tez-tez Qarabağda hamilə qadınları necə öldürdüyünü, qulaqlarını kəsdiyini, təcavüz etdiyini etiraf edirdi. Hamilə idim, oğlum olacaqdı. Deyirdi ki, oğlum da onun kimi olmalıdır. Etdikləri ilə fəxr edirdi. Bizə də işgəncə verirdi, ona görə qaçıb Ukraynaya gəldik, amma yoldaşım da ondan geri qalmadı. Məni öldürmək, zəhərləmək istəyirdi, atam məni xilas etdi”. 

Загрузка...
Загрузка...

Xəbər lenti