Erməni polislər müxalifətçiləri vəhşicəsinə döydü - VİDEO

Erməni polislər müxalifətçiləri vəhşicəsinə döydü - VİDEO

İrəvanda polislər müxalifətçilərə qarşı güc tətbiq ediblər.

Publika.az xəbər verir ki, İrəvanda silahlı qrup tərəfindən ələ keçirilən polis patrul alayının binasına yaxın ərazidə keçirilən etiraz aksiyası zamanı nümayişçilərə zorakılıq tətbiq edilib. “İrs” partiyasının nümayəndəsi David Sanasarayan, həmçinin, gənc fəallar Andranik Aslanyan və Artur Sarkisyan polislər tərəfindən saxlanılıb.

A.Sarkisyan bildirib ki, polis onlara qarşı zorakılıq tətbiq edib. “Bizi vəhşicəsinə döydülər, başımdan 15-ə qədər zərbə vurdular. Maşından düşürdəndən sonra təpiklə vurur, bizi söyürdülər”, - deyə o bildirib.

“Məlumatlı vətəndaş birliyi” QHT-nin rəhbəri Daniel İoannisyan keçirdiyi mətbuat konfransında bildirib ki, polis saxladığı şəxslərə qarşı güc tətbiq edib. Bəziləri huşunu itirənə qədər işgəncə davam edib. Polislərdən biri deyib ki, bundan sonra heç nə əvvəlki kimi olmayacaq, sizin kimilərə göz açmağa imkan verilməyəcək”, - deyə o vurğulayıb.

Criminal.az

Xəbər lenti