Erməni idmançı Rusiyada Azərbaycanı təmsil edib Erməni idmançı Rusiyada Azərbaycanı təmsil edib Erməni idmançı Rusiyada Azərbaycanı təmsil edib

Erməni idmançı Rusiyada Azərbaycanı təmsil edib
Загрузка...
Federasiya: Məşqçi idmançının erməni əsilli olmasından xəbərsiz olub
Azərbaycanlı qılıncoynadanlar tez-tez xarici ölkələrdə yarışlara qatılırlar. Onlar dünya, Avropa kimi mötəbər yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də özlərini sınayırlar. İdmançılarımız bu il ərzində də bir neçə beynəlxalq turnirdə iştirak ediblər. Həmin yarışlardan biri - bu ilin may ayında Rusiyanın Rostov şəhərində keçirilən, 14-17 yaşlı idmançılar arasında açıq çempionat olub. Sözügedən yarışda qılıncoynadanlarımız uğurlu nəticə göstərərək medallar qazanıblar, bayrağımızı qaldırıblar. Və maraqlısı odur ki, bu turnirdə bizi təmsil edənlər sırasında Robert Sergeyeviç Axverdov da olub. AYNA idmançının sənədlərini əldə edib.
Məlum olub ki, yeniyetmə idmançı Osetiyada doğulsa da, əslən ermənidir. Yəni erməni əsilli qılıncoynadan Azərbaycanın adından həmin çempionatda çıxış edib, medal qazanıb və bayrağımızı qaldırıb. Məsələ ilə bağlı Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə sorğu göndərdik.
 
Federasiyanın cavabını olduğu kimi təqdim edirik:
"Cari ilin may ayında Rusiyanın Rostov şəhərində 14-17 yaşlı yeniyetmələr arasında qılıncoynatma üzrə açıq tipli turnir keçirilib. Qılıncoynadanlarımız il ərzində onlarla bu tip, nəticəsi heç bir əhəmiyyət kəsb etməyən, formal xarakter daşıyan turnirlərdə iştirak edirlər. Azərbaycan Qılıncoynatma Federasiyası olaraq yeniyetmə və uşaq qılıncoynadanlarımızın bu tip turnirlərdə iştirakına həmişə dəstək veririk. Burada məqsəd yeniyetmə qılıncoynadanlarımızın hazırlıq səviyyəsinin yüksəldilməsi və beynəlxalq yarış təcrübəsinin artırılmasıdır. Qılıncoynatma ilə maraqlanan mütəxəssislər bilirlər ki, istənilən ölkəni təmsil edən idmançı bu cür açıq tipli turnirlərdə, hətta öz şəxsi vəsaiti hesabına iştirak edə bilər. Bir daha vurğulamaq istəyirik ki, həmin yarış rəsmi xarakter daşımır və orada iştirak edən idmançılar rəsmi olaraq Azərbaycan milli komandası adından çıxış etmirlər. 

Yeri gəlmişkən, bu yarışa Azərbaycandan şəxsi vəsaiti hesabına yollanan idmançımız da olub. Bizim Azərbaycan Qılıncoynatma Federasiyası olaraq öhdəliyimiz idmançılarımızın FİE-nin (Beynəlxalq Qılıncoynatma Federasiyası) təqvim planında yer alan yarışlarda iştirakını təmin etməkdir. Robert Sergeyeviç Axverdovun yeniyetmə oğlan şpaqaçılarımızla birgə komanda yarışında iştirakına gəlincə, yarış zamanı 2002-ci il təvəllüdlü Robert Sergeyeviç Axverdov məşqçimiz Sudef Quliyevə yaxınlaşaraq şpaqaçılarımızla birgə çıxış etmək istədiyini bildirib. Axverdov səbəb olaraq yarışa məşqçisiz qatıldığını və komanda yarışında da qüvvəsini sınamaq istədiyini göstərib.
Məşqçimiz 2002-ci ildə Şimali Osetiyanın Alaniya bölgəsində anadan olan və Rusiya vətəndaşı sayılan Axverdovun pasportuna nəzər yetirdikdən sonra onun şpaqaçılarımızla birgə komandada iştirak etməsinə etiraz etməyib. Sudef Quliyev bu addımı osetiyalı yeniyetmə idmançıya dəstək mənasında atdığını bildirib. Yarış formal xarakter daşıdığından turnirin reqlamenti buna icazə verir. Bildiyiniz kimi, Rusiyada pasportlarda vətəndaşın milliyəti göstərilmir. Doğum şəhadətnaməsində adıçəkilən idmançının erməni əsilli olmasına da münasibət bildirmək istərdik. Təbii ki, həmin məqamda məşqçimiz Sudef Quliyev Axverdovun erməni əsilli olmasından xəbərsiz olub (Bu cür yarışlarda yalnız pasport əsas sənəd kimi qəbul olunur. Əlavə olaraq iştirakçılardan doğum şəhadətnaməsi tələb olunmur). 

Digər tərəfdən, gəlin məsələyə başqa bir prizmadan yanaşaq. Erməni əsilli idmançının azərbaycanlılardan ibarət komandada iştirak etmək istəyi, bizdən fərqli olaraq erməniləri narahat etməlidir. Əminik ki, bunun əksi baş versəydi, ermənilər bu xəbəri bütün dünya mediasına yayardılar. Bu, həm də Azərbaycan idmanının beynəlxalq arenada nüfuzunun göstəricisidir.
 
 
 
Görünür, kimlərsə son illərdə Azərbaycan Qılıncoynatma Federasiyasında baş verən müsbət dəyişiklikləri həzm edə bilmir və şantaj üsulu ilə uğurlarımıza kölgə salmağa çalışırlar. Hər halda sablyaçımız Anna Baştanın Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanlar arasında Avropa çempionu olması, 57 ildən sonra şpaqaçımız Ruslan Həsənovun Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanması Azərbaycan qılıncoynatma idmanı adına böyük hadisədir. Sonda bir daha qeyd etmək istəyirik ki, beynəlxalq qaydalara əsasən, rəsmi beynəlxalq yarışlarda yalnız Azərbaycan pasportuna malik idmançı beynəlxalq arenada ölkəmizin idman şərəfini qoruya bilər. Bu, hamının bildiyi adi prosedur qaydadır”.
Загрузка...
Загрузка...

Xəbər lenti