Erkin Qədirli: Cinayətin soyqırım sayılması üçün kütləvi qırğının olması yetərli deyil

26 Fevral 2018, 14:49
26 Fevral
2018
14:49
1388
Загрузка...
Fazil Mustafa: ''Çətinlik yaradan soyqırımın etiraf olunması faktıdır''
"Xocalı qətliyamı soyqırımıdırmı? Bunu ayrıca sübut etmək lazım gələcək. Hüquqda, bir cinayətin soyqırımı sayılması üçün sadəcə kütləvi qırğının olması yetərli deyil”.
Meydan TV xəbər verir ki, bunu Facebook sosial şəbəkəsindəki səhifəsində hüquqşünas Erkin Qədirli yazıb.
O qeyd edib ki, bu məsələdə iki önəmli məqam vardır:
"Qırğına məruz qalmış insanların dörd (milli, etnik, irqi, ya da dini) meyara görə öldürüldüyünü sübut etmək gərəkdir. İkincisi, xüsusi (yuxarıdakı meyarların birinə görə qrupu, bir qrup kimi (!!!) bütövlükdə, ya da qismən məhv etmək) məqsədini sübut etmək gərəkdir”.
O vurğulayıb ki, birinci məqam aydındır - Xocalıda öldürülmüş insanlar konkret etnik qrupa aid olduqlarına görə öldürüblər.
"İkinci məqam isə çox çətindir. Soyqırım cinayətlərinin xüsusi məqsədi - belə işlərin (sübutetmə baxımdan) ən çətin tərəfidir. "Bir qrup kimi” (İngiliscə - "as such”) ifadəsi sübutu ən çətin olan əlamətidir bu cinayətin. Həm keçmiş Yuqoslaviya, həm də Ruanda üçün qurulmuş beynəlxalq tribunallar bu çətinliklə üzləşiblər. Ona görə də daimi Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsində, soyqırımından əlavə, mülki əhalini soyqırım əlamətləri olmadan kütləvi məhvetmə (extermination) cinayətini yazmalı oldular”.
Onun sözlərinə görə, ikincini sübut etmək nisbətən asandır.
"Odur ki, sırf məhkəmə perspektivi baxımdan, Xocalı qətliamını soyqırımı deyil, mülki əhalini soyqırımı əlamətləri olmadan kütləvi məhvetmə (extermination) kimi tövsif etmək olardı (taktiki olaraq). Cinayət Məcəlləmizin 105-ci maddəsində həmin cinayət təsbit olunub. Bu cinayətin cəzası soyqırımı cinayətinin cəzasıyla eynidir”.
E.Qədirli həmçinin xatırladıb ki, Azərbaycan Soyqırım Konvensiyasına 1996-cı ildə qoşulub, Ermənistan isə 1992-ci ildə.
"2000-ci ilə qədər ölkəmizin Cinayət Məcəlləsində soyqırım cinayəti olmayıb. Ona qədər Prokurorluq, istintaqı "ağırlaşdırıcı hallarda (iki və daha çox şəxsi) qəsdən adamöldürmə” cinayəti üzrə aparıb. Prokurorluğun burada heç bir günahı yoxdur, qanunda olmayan cinayətə görə istintaqa başlaya bilməzdi ("nullum crimen sine lege” prinsipi).
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Meydan TV-yə deyib ki, Xocalı faciəsinin detalları BMT-nin soyqırımlarla bağlı Konvensiyasının 5 bəndinə uyğun gəlir. "Ona görə faciəni soyqırımı kimi təqdim etmək məqbuldur. Sadəcə, çətinlik yaradan məsələlərdən biri soyqırımın etiraf olunması faktıdır, yəni hadisəni törədənlər bunu etiraf etməlidir. Məsələn, Almaniya ikinci dünya müharibəsində yəhudilərə qarşı törətdiklərini etiraf etdi və yerli yəhudilərə təzminat ödəmək, digər tələbləri də üzərinə götürdü. Ona görə burda ermənistanın soyqırımı etiraf etməsi faktından söhbət gedir”.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Meydan TV-yə deyib ki, Xocalı faciəsinin detalları BMT-nin soyqırımlarla bağlı Konvensiyasının 5 bəndinə uyğun gəlir. "Ona görə faciəni soyqırımı kimi təqdim etmək məqbuldur. Sadəcə, çətinlik yaradan məsələlərdən biri soyqırımın etiraf olunması faktıdır, yəni hadisəni törədənlər bunu etiraf etməlidir. Məsələn, Almaniya ikinci dünya müharibəsində yəhudilərə qarşı törətdiklərini etiraf etdi və yerli yəhudilərə təzminat ödəmək, digər tələbləri də üzərinə götürdü. Ona görə burda ermənistanın soyqırımı etiraf etməsi faktından söhbət gedir”.

Fazil Mustafa.
Deputat hesab edir ki, hərbi cinayət həmin kateqoriyaya çox da uyğun gəlmir, çünki hərbi cinayətdə iki tərəfdə döyüşmüş qüvvələrin birinin digərinə qarşı törətdiyi əməllər önə çıxır.
"Yəni iki savaşan qüvvənin əsirlərlə davranışı və başqa qaydalara zidd olaraq törətdiyi hərəkətləri ehtiva edir. Amma Xocalı faciəsində soyqırımı ehtiva edən bütün komponentlər var”.
"Azərbaycanın Soyqırım Konvensiyasına 1996, Ermənistanın isə 1992-ci ildə qoşulması və 2000-ci ilə qədər Cinayət Məcəlləmizdə bu barədə maddə olmayıbsa, rəsmi Bakı üçün bunu sübut etmək problemli görünmürmü” sualına deputatın cavabı belə oldu:
"Qanunun geriyə qüvvəsi yoxdur. Amma soyqırımı cinayətlərində BMT-nin Konvensiyası əsas götürüldüyündən müddəalar hansı dövrdə baş verməyindən asılı olmayaraq 26 fevral hadisələrini soyqırımı kimi xarakterizə etmək imkanı var. Yeganə cinayət növüdür ki, qanunun geriyə qüvvəsi faktoruna tabe olmur”.
O hesab edir ki, əgər biz faciəni dünyaya çatdıra, yaxud gərəkli qiymət verdirə bilmiriksə, özümüzün çalışqanlığımızdan çox şey asılıdır.
"Əlbəttə, 26 il az zaman deyil. Sadəcə, hadisələrin foto və video xronikası əlimizdə olsa da, ağıllı istifadə edə bilmədik. Ermənistan saxta soyqırımı ideyasını yaşadır, ancaq əlində faktlara əsaslanan heç nə yoxdur. Bizim isə sübut üçün sənədlərimiz var. Yaxud 1918-ci il 31 mart hadisələrini soyqırım kimi tanımışıq, ADR-ın İstintaq Komissiyasının araşdırması, rəyi var, amma foto-videonui əhatə edən faktlar yoxdur. Həmin hadisələri Bakı Kommunası törətdiyindən milli zəmində xarakterizə etmək problem yaradır. Xocalıda isə milli zəmində olub, ermənilər azərbaycanlıların məhdud kontingentini tamamilə məhv etməyi qarşılarına qoyub. Bu, siyasi cəhətdən arqumentli əsasdır ki, müəyyən üstünlük əldə oluna bilər”.
Загрузка...
Xəbər lenti
-
01:23Dövlətə xəyanətdə ittiham olunan: Yanımda iki nəfər öldü
-
21:27Mustafa Hacıbəylinin məhkəməsində şahidlər məqaləni səhv saldılar
-
12:13Mədət Quliyevin oğlu Nigarla klipə çəkildi
-
12:09Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR
-
11:56“Çəpişlərin qulağını dişləməyi çox sevirdim” - DEPUTAT
-
11:50Ötən ildən axtarışda olan şəxs saxlanıldı
-
11:02Sahibkarlara divan tutan generala vəzifə verilməsinin pərdəarxası
-
08:08Azərbaycanlı Türkiyədə saxta pulla tutuldu
-
08:01Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü
-
00:09Dünyamin Xəlilov deyib, onlar imzalayıb, nəticədə dövlətin milyardları talanıb...
-
22:21"Əli Həsənovun yaxınları telefon zənglərinə cavab vermir"
-
22:08Sonuncu "hicab məhbusu" da azadlığa çıxdı
-
22:03Ebru Gündeş və Sılanı Bakıya gətirməyə görə 8 il cəza aldı
-
21:23''Oğluma əvvəl işgəncə verilib, sonra həbsə salınıb''
-
19:32Mikayıl Cabbarov: Bulanıq suda balıq tutmaq zamanı bitib
-
19:29Ramil Usubov yeni rəis təyin etdi
-
18:54ANS Avropa Məhkəməsinə şikayətini geri götürüb
-
16:15"Prezident Administrasiyasından dedilər ki, gəl"
-
16:00“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandı
-
15:55Keçmiş deputatın şikayəti üzrə məhkəmə başladı: 165 minlik ittiham
-
15:47Avropa Məhkəməsi əsgər atasının şikayətini təmin edib
-
15:42“AZZA”dan alınmış tortun içərisindən sellofan torba çıxıb
-
12:55"Bilmirəm prokurorlar və nəvələri məni niyə sevmir..." - Tanınmış vəkil Baş Prokurorluğu büdcəni talamaqda ittiham edir
-
11:49Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı - şok faktlar
-
11:36Donbasda döyüşən azərbaycanlı əsir düşdü
-
11:26Rövşən Lənkəranskinin məşhur restoranına maskalılar və ağır texnika yeridildi
-
10:38Generalın polis oğluna yüksək vəzifə verildi
-
22:32"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - dələduz qadının ilginc əməlləri
-
22:28Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı
-
22:25Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı
-
20:18“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” - Ər-arvad intiharının təfərrüatı
-
20:15Əfqanıstanda 7 polis öldürüldü
-
20:10"Hər gecə dua edirəm ki, Allah canımı tez alsın”
-
14:18Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla
-
13:24Milli Şura yenə mitinq təyin etdi
-
12:35Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı
-
01:43Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
-
00:39Biləsuvar sakini: Qardaşıma işgəncə verib şərlədikləri üçün özünü yandırdı
-
20:18В Одессе за разбой задержали банду «вора в законе» Гули. Изъят арсенал оружия
-
19:57Bakıda silahlı şəxs saxlanıldı
19 Fevral 2019
18 Fevral 2019
17 Fevral 2019
16 Fevral 2019
Digər xəbərlər
-
Manşet, Foto, Cinayət, Dosye
Binəqədidəki qətl: istintaq kimi və nəyə görə həbsə alıb? – qatı açılmayan cinayət işi
-
Dosye
Belçika bazasında F-16 qırıcısı partladı
-
Dosye
Gömrük Komitəsinin yeni müavinləri kimdir? – DOSYE
-
Dosye
“Günaybank”da 100 milyonu ələ keçirilən vəzifə sahiblərinin adları bilindi – DOSYE
-
Dosye
Məşhur prokurorun qudasının bankının sədr müavinin həbsinin TƏFƏRRÜATLARI – “Xeyli vəzifəlinin vəsaitini mənimsəyib”
-
Dosye
Azərbaycanlı milyarderdən 2 milyon dollarlıq qətl sifarişi: İki qardaş axtarışa verilib
-
Dosye
Deputat oğlunu 8 səhifəlik ifadə ilə “təmizləyiblər” – CİNAYƏT DOSYESİ
-
Manşet, Cinayət, Dosye
''Kontr-admirala qarşı açılan saxta cinayət işi ağır dövləti cinayətdir'' - Ərəstun Oruclu bloqunda sifarişçini göstərib
-
Cinayət, Dosye
DTX əməkdaşı qətl sifarişi verdiyini etiraf etdi - Onu sellofan torba ilə boğub...