Ərinin azadlığı üçün həbsxanaya 27 min göndərən müəllim: "Bir ay əvvəl pulumu, bu gün isə yoldaşımın meyidini özümə verdilər" Ərinin azadlığı üçün həbsxanaya 27 min göndərən müəllim:

Ərinin azadlığı üçün həbsxanaya 27 min göndərən müəllim:
Загрузка...
"Yetmiş dörd yaşlı həyat yoldaşımı azadlığa çıxarmaq üçün çox çalışdım. O yaşda xəstə adama məhkəmə 8 il cəza vermişdi. Bu onun üçün ömürlük cəzaya bərabərdi. Bu gün isə həbsxanadan zəng edib cansız bədənini mənə verdilər".
Bu sözləri Criminal.az saytında külli miqdarda pul mənimsəməkdə təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilmiş, bu gün həbsxanada dünyasını dəyişən məhkum Əziz Əbdüləzizin həyat yoldaşı Dilarə Əbdüləziz deyib.
Onun sözlərinə görə, Ə.Əbdüləziz ürək xəstəliyindən əziyyət çəkirdi, dəfələrlə onun ev dustaqlığına buraxılması üçün müraciətlər edilsə də, nəticəsi olmayıb: "Əzizi günahsız həbs etdilər, köməksiz vəziyyətdə qalıb canını tapşırdı. Sentyabrda Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdi. Dünən getdim yanına, dedilər ki, Müalicə Müəssisəsinə göndəriblər. Getdim yanına, yatağını dəyişdim, bu gün səhər zəng etdilər ki, rəhmətə gedib. Cəzaçəkmə müəssisəsindən ora sanki ölməyə göndərmişdilər. Əminəm ki, orda köməksiz qalıb, köməklik edən olmayıb. Bu gün getdim həmin müəssisəsəyə, dustaqlardan öyrənəm ki, necə rəhmətə gedib. Buraxmadılar, müəssisənin əməkdaşı dedi ki, səhər yuxudan oyandı, halı pisləşdi deyə yatağına uzatdılar. Həkim çağırana kimi keçindi". 

Əziz Əbdüləziz 
D.Əbdüləziz deyir ki, həyat yoldaşını heç bir sübut olmadan 300 min manatı mənimsəməkdə günahlandırıb cəza verdilər: "Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanov dövlət ittihamçısı Əzizə 7 il cəza istəsə də, 8 il cəza verdi. Ona irad tutanda isə cavab verdi ki, mənə nə dəxli? Rahim Salmanov bununla etiraf etdi ki, məhkəmə sədri Mahmud Nəbiyevin təyin etdiyi cəzanı verir. Əziz ölsə də, sona qədər mübarizə aparacam, ona bəraət alacam. Hazırda kasassiya şikayəti vermişik. Hakimləri çarmıxa çəkəcəm". 
Qeyri-iş günü olduğundan Penitensiar Xidmətdən məsələyə münasibət öyrənə bilmədik.
Xatırladaq ki, D.Əbdüləziz Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimidir. Bir müddət əvvəl 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Rauf Sultanov D.Əbdüləzizdən 27 000 manat pul alıb. R.Sultanov onu inandırıb ki, Rauf Sultanov onu ərinin azadlığa buraxdıracağına inandırıb. Əri azadlığa çıxmayacağına əmin olan D.Əbdüləziz Criminal.az saytına müraciət etdi və onun R.Sultanov tərəfindən aldadıldığı üzə çıxdı. Məlum oldu ki, D.Əbdüləziz 27 min manatı R.Sultanova cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində oranın əməkdaşları vasitəsilə göndərib. Məsələ Criminal.az saytında ictimailəşəndən sonra D.Əbdüzləziz cəzaçəkmə müəssisəsinə dəvət edərək 27 000 manatı geri qaytarılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti