Ərdoğanın təyyarəsinin tarixə keçən pilotu öldü Ərdoğanın təyyarəsinin tarixə keçən pilotu öldü

Ərdoğanın təyyarəsinin tarixə keçən pilotu öldü
Загрузка...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir olduğu dövrdə "Boeing 777” tipli xidməti təyyarəsində pilotluq etmiş Sərdar Xəlil Girgin yol qəzasında dünyasını dəyişib.

"Qafqazinfo” xəbər verir ki, o, Zonquldak-İstanbul yolunda idarə etdiyi motosikletlə yol kənarındakı qaya parçalarına çırpılıb.

Ağır xəsarət alan Girgin xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 53 yaşlı pilot 2013-cü ildə Sankt-Peterburq-Buenos-Ayres reysi ilə 16 saat fasiləsiz uçuş edərək ən uzunmüddətli uçuş kimi Türk Hava Yollarının tarixinə düşüb.


Загрузка...
Загрузка...

Xəbər lenti