Erdoğan Minsk Qrupu həmsədrlərini tənqid edib

Erdoğan Minsk Qrupu həmsədrlərini tənqid edib
Türkiyə Parlament sədri Azərbaycanı təbrik edib Türkiyənin Şırnak şəhərində AK partiyanın toplantısında çıxış edən prezident Recep Tayyip Erdoğan ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin - Rusiya, Fransa və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsini 30 ilə yaxın müddət ərzində həll etmədiklərini qeyd edib. Türkiyə Prezidenti deyib ki, Azərbaycan işğal olunmuş ərazilərinin ermənilərdən azad olunması uğrunda mübariz aparır.
"Bundan daha təbii nə ola bilər? – Erdoğan sual edib. - Amerika, Rusiya, Fransa 30 il müddətində bu danışıqları bitirməyiblər və bizim azərbaycanlı qardaşlarımızın torpaqlarını özlərinə qaytarmayıblar. İndi isə azərbaycanlı qardaşlarımız işğal edilmiş bu torpaqları azad etmək uğrunda mübarizə aparırlar. Qoy Rəbbim onların yardımçısı olsun”.
Bundan başqa, bazar günü Azərbaycana səfərə gəlmiş Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycanın Müstəqillik günü bayramı ilə əlaqədar Türkiyə parlamenti və 83 milyonluq Türkiyə xalqı adından təbrik edərək "bu torpaqlarda Azərbaycan bayrağının əbədi dalğalanmasını” arzulayıb və bunun üçün Türkiyə xalqının "dua etdiyini” bildirib.

Xəbər lenti