Ər doqquz aylıq hamilə arvadını bıçaqladı - Uşaq öldü

Ər doqquz aylıq hamilə arvadını bıçaqladı - Uşaq öldü
Загрузка...
Abşeron rayonu, Fatmayi qəsəbəsində hamilə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. ONA-nın xəbərinə görə, 19 yaşlı Fatmayi qəsəbə sakini Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin müxtəlif hissələrində çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyat zamanı müəyyən edilib ki, bıçaq zərbələri daha çox qadının qarnına dəydiyindən, onun bətnindəki qız uşağı tələf olub. Ananın vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.
Məlumata görə, S.Atababayeva valideynlərinin təkidi ilə ərə verilib. Onun hadisə vaxtı 8 aylıq hamilə olduğu bildirilir. Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.
***
Səhiyyə Nazirliyindən bildirilib ki, 9 aylıq hamilə olan qadın kəsilmiş-deşilmiş yara diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Uşaq bətndə bıçaq xəsarətlərindən tələf olsa da, qadının vəziyyəti ağırdır.
Загрузка...
Загрузка...

Xəbər lenti