“Çəpişlərin qulağını dişləməyi çox sevirdim” - DEPUTAT

“Çəpişlərin qulağını dişləməyi çox sevirdim” - DEPUTAT
Загрузка...
"Mən 2 yaşımda baş verən hadisələri xatırlayıram. Nənəmin təndirdə bişirdiyi çörəklər yadımdan çıxmaz. İndi uşaqlar çips yeyir, biz o zaman təndirdə qalan qazmağı yeyirdik. Balaca vaxtı çəpişlərin qulağını dişləməyi də çox sevirdim". Bu sözləri millət vəkili, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin "Qafqazinfo”ya müsahibəsində deyib.
"Hər yay heyvanları dağa aparırdıq. Mən dağda qalmağı çox sevirdim. Bir dəfə dedilər ki, səni aparacağıq dağa, amma qaytarıb evə gətirdilər. Mən də 3-4 gün hamıdan küsdüm. Rayon mərkəzində mərkəzi univermağa getməyi çox sevirdim. Hər dəfə də yeni oyuncaq alırdım. O vaxtdan ən bahalı konstruktorlarım var idi. İlk vaxtlar ermənilərlə tez-tez ünsiyyətdə olurdum. Amma son illərdə bizi ermənilərdən qoruyurdular. Anam əməliyyat olmalı idi. Nənəm, babam ağlayırdı. Çünki növbədə olan cərrah erməni elə şəxs idi ki, türklərdən nifrət edirdi və əməliyyat zamanı onları öldürürdü. Babamgil buna görə çox böyük stress yaşadı. Bir neçə yoldan istifadə etdilər, tapşırıqlar oldu ki, əməliyyat zamanı problem olmasın. Onun əməliyyat etdiyi türklər arasında 2-3 nəfərin sağ qaldığını deyirdilər. Onlardan biri də mənim anam idi"-deyə millət vəkili uşaqlıq xatirələrini bölüşüb. 
Загрузка...
Загрузка...

Xəbər lenti