Əmlakı qəsb olunan vətəndaş təkadamlıq aksiya keçirəcək Əmlakı qəsb olunan vətəndaş təkadamlıq aksiya keçirəcək

Əmlakı qəsb olunan vətəndaş təkadamlıq aksiya keçirəcək
Загрузка...
Azərbaycan vətəndaşı Seymur Quliyev Bakı şəhər İcra Hakimiyyətinin(BŞİH), Prezident Adminstrasiyasının qarşısında təkadamlıq aksiya keçirəcək. Bu haqda açıqlama verən Seymur Quliyev deyib ki, ötən ay belə bir aksiyanın keçirilməsi üçün BŞİH başçısı Eldar Əzizova müraciət edib.
"Eldar Əzizova müraciətimdə yazmışdım ki, mən, Azərbaycan vətəndaşı Seymur İsrafil oğlu Quliyev Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq mülkiyyət hüququma(Konstitusiyanın 13-cü maddəsi) 9 ildir davam edən qəsdə, dövlət qurumlarında, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətində üzləşdiyim süründürməçiliyə etiraz nümayiş etdirmək, haqlı mövqeyimi ölkə ictimaiyyətinin, ölkə rəhbərliyinin diqqətinə çatdırmaq məqsədilə təkadamlıq aksiya keçirməyi qərara almışam” – deyə Seymur Quliyev bildirib.
Onun sözlərinə görə müraciətinə cavab olaraq bildirlib ki, təkadamlıq aksiya keçirilməsini məqsədəmüvafiq hesab etmirlər: "Ona görə də aksiyanı 2020-ci il fevralın 25-də Bakı Şəhər İcra Hakimiyyətinin binası önündə və 27-də isə Prezident Adminstrasiyası qarşısında keçirməyi planlaşdırıram” – deyə Seymur Quliyev bildirib.
Seymur Quliyev bildirib ki, aksiyada "Cənab Prezident!!! Konstitusiyanın 13-cü maddəsi ilə təsbit olunan mülkiyyət hüququmu bərpa edin!!!” "Azərbaycan dövləti, Vətəndaş olaraq hüququmu bərpa elə!!! Konstutusiyanın 13-cü maddəsi: Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Harada müdafiə olunur? Yerini göstərin!!!!” "Mülkiyyət hüququmuzu qəsb edən Hacı Qalib Salahzadə cəzalandırılsın!!! 9 illik məhkəmə süründürməçiliyinə son qoyulsun!!!” "Eldar Əzizov, Hacı Qalibdən qorxma, bizim yolumuzu aç!!! Azərbaycan dövləti mülkiyyət hüququmuza qəsdi aradan qaldır!!!” səsləndirəcəyi bu şüarları transparantlarla da nümayiş etdirmək niyyətindədir.
Seymur Quliyev deyib ki, Qalib Salahzadə 2012-ci ildə onun özəl mülkiyyətində olan Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi ev 21 ünvanını zəbt edib. Həmin ünvanda yerləşən 2 və 3 mərtəbəli mülkləri dağıdıb.
Bundan sonra o, məhkəmələrə üz tutub. Məhkəmələr Seymur Quliyevin xeyrinə qərar versələr də, Qalib Salahzadə bu gün də onun özəl mülkündən çıxmır, ərazini avtodayanacağa çevirməklə pul qazanır.
Seymur Quliyev bildirib ki, Qalib Salahzadə bu hərəkətlərə yol verərkən akademik Arif Paşayevin adını hallandırır: "Təkcə mənim torpağımı deyil, 28 üzvü olan "Posat” kooperativinin Bilgəhdəki ərazisini də zəbt edib. Kooperativ üzvlərinə də, mənə də Arif müəllimin adını hallandırıb. Atamla, anamla, vəkilimizlə Arif müəllimin yanında olmuşuq. Qalibə tapşırıb ki, get, bu adamların problemini həll elə. Ona yanımızda çox ağır sözlər deyib. Həmin söhbətdən 3 il keçib. Bu gün Qalib ona verilən tapşırığı icra etməyib. Arif müəllimin qəbuluna düşə bilmirik. Onun sürücüsü Elman Qaliblə əlbir olub bizi Arif müəllimin qəbuluna buraxmır”.
Seymur Quliyev bildirib ki, bu gün Qalib Salahzadə onun özəl mülkiyyətində olan torpaqdan özünü "Şəbəkə” restoranının avtodayanacağı kimi istifadə edir. 






Xəbər lenti