“MTN-dəki deşifrə başqa nazirliklərə də keçir - İlginc faktlar

“MTN-dəki deşifrə başqa nazirliklərə də keçir - İlginc faktlar
Загрузка...

Xəbər verdiyimiz kimi, bir qədər əvvəl Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib. “Qafqazinfo”ya Vidadi Məmmədovla bağlı inginc məlumatlar daxil olub. Həmin məlumatlardan aydın olur ki, onun işdən azad olunması sıradan bir hadisə yox, son günlər həyata keçirilən “təmizləmə siyasəti”nin tərkib hissəsidir. 

Belə ki, Vidadi Məmmədov Vergilər Nazirliyində uzun illərdən bəri MTN şefi olan Eldar Mahmudovun adamı kimi fəaliyyət göstərib. Elə onun bu sistemə yerləşdirilməsi də məhz Eldar Mahmudovun səyi nəticəsində baş tutub. Maraqlıdır ki, Vergilər Nazirliyində ən yüksək və strateji postlardan birinə gətirilən V.Məmmədov general rütbəsinə qədər yüksəlib. Onun bu postda MTN generalı Akif Çovdarov sayağı fəaliyyət göstərdiyi bildirilir. APA-nın məlumatına görə, Vidadi Məmmədov artıq Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub.

 Vergilər naziri Fazil Məmmədov 

 Məmmədovun əsas vəzifəsi iş adamlarına qarşı həmin mafioz qruplar tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsinə çevrilmək, onlarla əlbir olmaqdan ibarət olub. Məlumatlara görə, V. Məmmədov iş adamlarını öz otağına çağıraraq istədiyi rüşvəti ala bilmədiyinə görə qandallatdıra da bilirmiş.  Onun bu hərəkəti Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə narahatlıqda qarşılanıb və ona özünü yığışdırması haqda göstərişlər verilsə də nədənsə vergi generalının “qoruyucu mələyi” Eldar Mahmudov araya girərək onu hər dəfə xilas edə bilib.

 Keçmiş MTN şefi Eldar Mahmudov

 Məhz dövlət başçısının məlum müşavirədəki fikirlərindən dərhal sonra, hələ Eldar Mahmudov işdən qovulmamışdan qabaq çıxarılaraq sərəncama götürülən Vidadi Məmmədov dünən rəsmən vergi sistemindən azad edilib. Bu məqamda qeyd edək ki, bir neçə gün əvvəl Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri Beytulla Hüseynov da həbs olunub. Eldar Mahmudov nazir təyin olunandan sonra vəzifəyə gətirdiyi Beytulla Hüseynov işlədiyi dövrdə bir sıra qanunsuzluqların baş verməsində, özbaşına fəliyyətdə, özündən yüksək vəzifəlilərə tabe olmamaqda və MTN-dəki cinayətkar şəbəkənin fəaliyyəti üçün şərait yaratmaqda ittiham olunur. 

 BTRİB-nin keçmiş sədri Beytulla Hüseynov 

 “Qafqazinfo” bu arada ölkədə başladılan “təmizləmə” fəaliyyəti ilə bağlı maraqlı informasiyalar əldə edib. Məlumata görə, Azərbaycanda bu sahədə misli görünməmiş fəaliyyət proqramının icrasına başlanılıb. Məhz Eldar Mahmudov çetesi ifşa edildikdən sonra prezident İlham Əliyevin göstərişi və birbaşa nəzarəti ilə bu fəaliyyətə başlanılıb. 

 Azərbaycan prezidenti İlham Əliyev 

 Hazırda demək olar ki, Eldar Mahmudovun bütün sistemlərə-hüquq-mühafizə orqanları və digər dövlət qurumlarına soxuşdurduğu “kadrlar”ın tapılaraq işdən çıxarılması, onlarla əlbir olan şəxslərin əməllərinin aşkar edilməsi, günahkarların ən ciddi şəkildə cəzalandırılması, iş adamlarının pozulmuş hüquqlarının bərpası və digər məsələlərlə bağlı tədbirlər görülür.

 Bildirilir ki, ilk növbədə Eldar Mahmudovun soyduğu iş adamlarının ərizələri həm Baş Prokurorluqda, həm də Prezident Adminstrasiyasında alınır. Dövlət başçısına məruzələri və prosesə nəzarəti Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubov həyata keçirir. Artıq düz 1 həftədir ki, başlayan prosesdə olduqda ilginc faktların ortaya çıxdığı məlum olub. İşdən azad olunanların və həbs edilənlərin prosesin yalnız başlanğıcı olduğu deyilir. MTN günahkarları ifşa olunandan sonra o da məlum olub ki, Azərbaycanda heç bir sərhəd tanımadan iş adamlarını dəhşətli üsullarla şantaj edərək soyan şəxslərin başında duran əsas adam general Akif Çovdarovdur. 

 General Akif Çovdarov 

 Xaricdən Azərbaycana gələn iş adamlarını elə hava limanındaca qandallayıb “padval”a salan Akif Çovdarovun aldığı ən kiçik rüşvətin məbləğinin 2-3 milyon dollar olduğu bildirilir. Qeyd edək ki, bütün bu faktlar incəliyinə qədər artıq sənədləşdirilib. Hətta son 1 həftədə onlarla iş adamı Bakıya təcili uçuşlar edib. Həmin iş adamlarına bildirilib ki, prosesə prezident İlham Əliyevin birbaşa nəzarəti var və dövlət başçısı ilk növbədə iş adamlarının pozulmuş hüquqlarının bərpasını tələb edib. 

 Məlumatlara görə, son günlər prezident tərəfindən gömrükdə sadələşmənin tətbiqi haqda verdiyi fərman, eyni zamanda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması məhz görülən ciddi tədbirlərin tərkib hissədidir. Yaxın günlərdə Azərbaycanda daha böyük islahatların həyata keçirilməsi qaçılmazdır və bununla bağlı ən yüksək səviyyədə siyasi iradə ortaya qoyulub. Əsas məqsəd Azərbaycanda bütün qurumların üzərinə ASAN xidmət vəzifəsi qoymaq, iş adamlarının, sahibkarların, orta təbəqə insanlarının birmənalı şəkildə problemsiz fəaliyyətini təmin etmək və bununla da neft asılılığından birdəfəlik yaxa qurtarmaqdır. Başlıca zərbənin yaxın günlərdə monopoliyaların mövcud olduğu sahələrə vurulacağı gözlənilir. 

Eyni zamanda MTN-in demək olar ki, hazırki strukturunun dağıdılacağı, şəffaf, əsl dövlət maraqlarına söykənən sistemin qurulacağı qarşıya qoyulan vəzifələrdən biridir. O da məlum olub ki, Azərbaycanda MTN sayağı fəaliyyət bir çox qurumlarda mövcuddur. Həmin qurumların “padval”larından da iş adamlarının çığırtısı gəlir. Ona görə məsələnin birdəfəlik həll ediləcəyi gözlənilir. Redaksiyamıza daxil olan digər məlumata görə, aparılan işlərlə bağlı daha böyük bir tədbir bu illər ərzində şərlənərək həbs olunan iş adamları və ayrı-ayrı şəxslərin cinayət işlərinin yenidən məhkəməyə qaytarılması ilə bağlıdır. Məhkəməyə qaytarılacaq işlər əsasında bəraət alaraq həbsdən azad olunacaq iş adamlarının sayının isə kifayət qədər çox olacağı bildirilir.

 Qeyd olunur ki, son bir həftə ərzində başlanan bu proses iş adamları arasında böyük ruh yüksəkliyinə səbəb olub və prezidentə rəğbəti artırıb. Hər halda bütün bu sadalananların hansı səviyyədə gerçəkləşəcəyini bir neçə günə görəcəyik və daim bu mövzunu diqqətdə saxlayaraq ictimaiyyətə məlumat verəcəyik. Qeyd edək ki, son bir həftədə sözügedən cinayətdə şübhəli bilinən 10-a qədər MTN əməkdaşı həbs edilib, onlarla yüksək vəzifəli şəxs isə postundan azad olunub. 

Criminal.az

“MTN-dəki“MTN-dəki“MTN-dəki“MTN-dəki“MTN-dəki

Xəbər lenti