Əmisi oğlunun arvadını qaçıran gəncin ölüm işi: Ərinə zəng edərək sevdiyinə qovuşduğunu demişdi... Əmisi oğlunun arvadını qaçıran gəncin ölüm işi: Ərinə zəng edərək sevdiyinə qovuşduğunu demişdi...

Əmisi oğlunun arvadını qaçıran gəncin ölüm işi: Ərinə zəng edərək sevdiyinə qovuşduğunu demişdi...
Загрузка...
Qubada qohumunu döyərək qətlə yetirməkdə təqsirli bilinən Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. "Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmə hazırlıq iclası sentyabr ayının 24-nə təyin olunub. 

Elşad Əsədov 
Qeyd edək ki, hadisə Quba raynunda baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb.
 
 Mətləb Muradov
Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib. Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib. 
Criminal.az yada salır ki, Aynur Əsədova evdən qohumugilə getmək adı ilə çıxıb və E.Əsədovla görüb avtovağzala gəliblər. Taksi ilə Bakıya gələrək Bakılxanov qəsəbəsində kirayə ev tutub birlikdə yaşayıblar. Qadın daha sonra ərinə zəng edərək sevdiyinə qovuşduğunu və onunla xaricə gedəcəyini bildirib. Onların Bakıdakı yerini müəyyən etmək üçün Elşadı izləyiblər. Evin yerini biləndən sonra qohumları gəlib onları Qubaya aparıblar. 

 Elşad Əsədov
Qadın qohumlarına bildirib ki, Elşadı sevir və onunla xoşbəxtdir. Daha sonra Elşadı qızın atasının yanına aparıblar. Orada qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Загрузка...
Загрузка...

Xəbər lenti