Emin Babayev sərbəst buraxılıb

Emin Babayev sərbəst buraxılıb
Загрузка...
Məhkəmə onu 200 manat cərimə edib
Səbail Rayon Məhkəməsi mayın 6-da ReAL Partiyasının üzvü Emin Babayevin sərbəst buraxılması haqda qərar çıxarıb. Bu barədə Meydan TV-yə partiyanın İdarə Heyətinin üzvü Natiq Cəfərli deyib.
Natiq Cəfərli bildirib ki, məhkəmə Emin Babayevin 200 manat cərimə edilməsi qərarını çıxarıb: "Məhkəmə Babayevin polisə tabe olmamağın bir qismini haqlı sayıb. Amma telefonla söyüş söyməsi təsdiqlənmədi. Polislərin ifadələri ziddiyyətli idi, bir-birini təkzib edirdi”.
N.Cəfərli apelyasiya şikayəti verəcəklərini söyləyib. ReAl Partiyasının üzvü Emin Babayev mayın 4-də saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunmuşdu.
Загрузка...
Загрузка...

Xəbər lenti