Elza Seyidcahan: Məntəqədə məni və bacımı döydülər Elza Seyidcahan: Məntəqədə məni və bacımı döydülər Elza Seyidcahan: Məntəqədə məni və bacımı döydülər

Elza Seyidcahan: Məntəqədə məni və bacımı döydülər
Загрузка...
 "Məni və bacımı döydülər" - Elzadan iddia
Əməkdar artist Prezidentə və MSK sədrinə şikayətlər ünvanlayıb 54 saylı Şabran-Siyəzən dairəsindən namizəd olan əməkdar artist Elza Seyidcahan seçki günü təzyiqə məruz qalması barədə video-açıqlama yayıb. Elza Seyidcahan Meydan TV-yə deyib ki, bacısı dairənin 13 saylı seçki məntəqəsində Sadiq Qurbanovun adının yazıldığı saxta bülletenlər tapıb:
"Mənə xəbər gəldi, getdim, Məhərrəm Şakir, Məhərrəm Mehriban Nuru qızının müşahidəçi olduğu məntəqəyə. Əlbəyaxa dava oldu. Müşahidəçiləri, bacımı və məni döyüb qovdular. Orada məntəqə sədrinin alt paltarından Sadiq Qurbanovun adının yazıldığı saxta sənədlər çıxdı. Çox biabırçı hadisələr oldu, bütün bunlar Yeni Azərbaycan Partiyasının adına ləkədir. Axı mən partiyanın fəxri üzvüyəm, buna baxmayaraq, məni düşmən kimi qarşıladılar”.
 
 
Elza Seyidcahan
Elza Seyidcahan hazırda qan təzyiqinin yüksək olduğunu, bu səbəbdən danışa bilmədiyini və qarşılaşdığı vəziyyətlə bağlı MSK sədri Məzahir Pənahova, elədə də Prezident İlham Əliyevə şikayət edəcəyini deyib. Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Xəbər lenti