Əlövsət Əliyev: Bəzi mühacirlər Azərbaycana qayıtmamaq üçün intihara əl atırlar

Əlövsət Əliyev: Bəzi mühacirlər Azərbaycana qayıtmamaq üçün intihara əl atırlar
Загрузка...
 ''Digər şəhərlərdə ruhi-əsəb xəstəlikləri dispanserində Günay və Təranə adlı xanımlar müalicə olunurlar''
On gün ərzində artıq üçüncü mühacir Almaniyada intihara cəhd edib. Bu barədə "Turan”a danışan Almadiyada fəaliyyət göstərən "Leqat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib. Hüquqşünas deyib ki, mühacirlər Azərbaycana deportasiya edilməməsi üçün intiharlara əl atır.
Onun sözlərinə görə, sonuncu belə hadisə bir neçə gün əvvəl Almaniyanın Deggendorf şəhərində baş verib: "Şəhərin qaçın düşərgəsində qalan Humay Məmmədova digər ölkəyə deportasiya olunmamaq üçün dərman içməklə özünə qəsd edib. O, 15 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 40 yaşlı, səhhətində ciddi problemlər olan qadının 9 yaşlı qızı qalıb. Digər şəhərlərdə ruhi-əsəb xəstəlikləri dispanserində Günay və Təranə adlı xanımlar müalicə olunurlar. Onları da digər ölkəyə deportasiya etməli idilər və onlar intihara əl atıb".
Əliyev bildirib ki, son 3 ayda 7 adam Dublin müqaviləsinin tələblərindən yayınmaq üçün özünə qəsd edib. Dublin sazişinə görə mühacir birinci növbədə viza aldığı ölkəyə getməlidir və qaçqın statusu üçün orada müraciət etməlidir. Azərbaycandan Almaniyaya gələn vətəndaşların əksəriyyəti isə digər ölkələrin vizaları ilə gəlir: "Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin çoxu vətəndaşları aldadaraq bir ölkənin vizası ilə "qaçqınlıq statusunu alarsız" deyib başqa ölkəyə göndərirlər. Sonra isə həmin şəxslərin qaytarma prosesi başlayır. Almaniya hökuməti görəndə ki, gələnin sənədləri saxtadır və onu ölkəsində heç bir təhlükə gözləmir, dərhal həmin adamı geri göndərir. İnsanlar bundan özünü qorumaq üçün intihara əl atırlar. Bəziləri Azərbaycana qayıtmamaq üçün, bəziləri isə Almaniyadan getməmək üçün".
Hüquqşünasın sözlərinə görə, Almaniyada həqiqətən də sağlamlığında ciddi problemlər olan şəxslər var və onlar hesab edirlər ki, Azərbaycana qayıtmaq onlar üçün ölümə bərabərdir. Son bir neçə ayda 10 Azərbaycan vətəndaşı özlərinə xəsarət yetirib ki, Azərbaycana qayıtmasınlar.
Bu ilin fevralında 7 uşaq atası Səbuhi Hüseynov Azərbaycana qayıtmamaq üçün özünə qəsd etmişdi.
Ötən il, iyunun 18-də 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub. Deportasiyanın isteriya ilə qarşılanma halları yeni deyil. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.
Загрузка...
Загрузка...

Xəbər lenti