"Elmira Axundovaya cinayət işi açılmalıdır" - Partiya sədrindən İLGİNC AÇIQLAMALAR

Загрузка...
ADP sədri Sərdar Cəlaloğlu Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlardan danışıb. Fikirlərini "Yeni Müsavat”la bölüşən S.Cəlaloğlu bildirib ki, prezident İlham Əliyevin başlatdığı antikorrupsiya əməliyyatlarına cəmiyyət, müxalifət ciddi şəkildə dəstək verməlidir:
"Bu gün Azərbaycanda korrupsioner olmayan məmur demək olar ki, yoxdur. Korrupsiya şəraitini yaradan nədir? İcra başçısı oğlunu korrupsiya ilə mübarizə idarəsinə yerləşdirir, o biri oğlunu təhlükəsizlik sahəsinə saldıra bilir, məhkəməyə hakim keçirir. Belə olmaz. Beləliklə korrupsioner məmurlarla korrupsiya ilə mübarizə aparmalı olan vəzifə sahibləri ilə yaxın əlaqələr yaranır, qohumluq əlaqələrinə qədər gedib çıxır. Dövlət nəzarəti gücləndirilməli, prezident inspeksiyası bərpa olunmalıdır. Korrupsiya cinayətləri ilə bağlı cəzalar gücləndirilməlidir. Vəzifəyə təyinat alanlar mütləq şəkildə, qeyd-şərtsiz mül-mülkləri haqda hesabat verməlidirlər. Doğru məlumat verməyənlər dərhal cəzalandırılmalı, gizlətdikləri əmlakları dövlət nəfinə müsadirə edilməlidir. İlham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizə cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənməli, bu tədbirlərin genişlənməsi və dərinləşməsi üçün addımlar atılmaldır".
S.Cəlaloğlu onu da vurğulaylb ki, ölkədə keçirilən tenderlərlə bağlı məsələlər çox cidd şəkildə yoxlanılmalı, ən sərt tədbirlər görülməlidir: "Bu gün Azərbaycanda korrupsiyanın çiçəklənməsində parlamentin, parlamentdə az əvvələ qədər oturan deputatların fəaliyyəti araşdırılmaldır. Korrupsionerlərin əksəriyyəti, onların müdafiəçiləri uzun müddət parlamentdə oturublar. Deputatların böyük əksəriyyəti deputatlıq fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar. Təkcə Elmira Axundova deputat olandan sonra 40-a yaxın müəssisəyə sahib olub, 100 milyonlarla vəsait ələ keçirib. Haradan alıb bu qədər pulu? Deputat maaşı ilə qazanıb? Təbii ki, bu varidat korrupsiya yolu ilə əldə olunub. Respublika Prokurorluğu Elmira Axundova ilə bağlı cinayət işi başlamalıdır. Mətbuatda onun cinayətləri ilə bağlı materiallar var, qaldırsınlar, araşdırsınlar. Bu adamlar mandatından sipər kimi, özünü qoruma vasitəsi kimi istifadə ediblər, tenderlərdə iştirak ediblər, əllərinə keçəni mal-mülklərinə qatıblar. Bu gün korrupsioner istehsal edən konsepsiyadan imtina olunub. Azərbaycan müxalifəti bu məsələdə İlham Əliyevin yanında olmalıdır. Əks halda, bu proses yarımçıq qalacaq".

Xəbər lenti