Elmira Axundova səfir göndərildi, növbəti yalanı da təsdiqləndi

Elmira Axundova səfir göndərildi, növbəti yalanı da təsdiqləndi
Загрузка...
Prezident İlham Əliyev Elmira Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 
Xatırladaq ki, 
Xatırladaq ki, E.Axundova dəfələrlə mətbuata oğlu Həbiblə bağlı qeyri-dürüst açıqlamalar verib. Məsələn, Həbib Axundov "Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Mirzəyeva Xəzərin sularında yoxa çıxdıqdan sonra yaxasını kənara çəkirdi, deyirdi ki, bəs mən orada olmamışam. Anası Elmira Axundova da eyni mövqedəydi.
Criminal.az bir neçə gün əvvəl sabiq deputatın səfir təyin olunacağı ilə bağlı yayılan iddialara münasibət öyrənmək E.Axundova ilə əlaqə saxlayıb, onun fikirlərini öyrənib. Axundova deyib ki, yayılan məlumatlar doğru deyil.
"Həqiqətə uyğun deyil, özüm də bu haqda heç nə bilmirəm. Hamısı cəfəngiyyatdır. Siz də belə cəfəngiyyatları çox yazmısınız. Heç kimə inanmayın. Heç nə vermə. Hələlik oturmuşam evdə, yaradıcılığımla məşğulam". "Bəs belə xəbərlər hardan qaynaqlanır?" sualımıza isə E.Axundovanın cavabı belə oldu: "Belə xəbərləri yayanlanlar bilmirsən kimdir? Siz nə qədər yazmısınız bu barədə? Düşmənimin materialları idi siz yazırdınız. Çox xahiş edirəm, siz mənə zəng etməmisiniz, xahiş edirəm. Bu məsələlər də həqiqət deyil".

Xəbər lenti