Elmira Axundova Ramiz Mehdiyevlə əlaqələrini gizlətmək üçün güc nazirinə şikayət etdi – NONSENS

Elmira Axundova Ramiz Mehdiyevlə əlaqələrini gizlətmək üçün güc nazirinə şikayət etdi – NONSENS
Загрузка...
Azərbaycan hakimiyyətinə meydan oxuyan Ramiz Mehdiyevlə bərabər Əfv Komissiyasından uzaqlaşdırılan sabiq deputat Elmira Axundova köhnə şakərindən əl çəkməyib. Ona ünvanlanan jurnalist sorğularına cavab verməmək üçün hər bir yola əl atır.
Bir müddət əvvəl, daha doğrusu Ramiz Mehdiyevin nəvəsinin toyundan 1 gün sonra Elmira Axundovaya sorğu ünvanlayıb gərəkən suallara cavab verməsini xahiş etmişdik. Sorğuda onun, oğlu Həbib Axundovun Ramiz Mehdiyevin nəvəsinin toyuna qatılmaları ilə bağlı suallar yer almışdı. Elmira Axundova sorğuya cavab vermək əvəzinə əndişələnib, daxili işlər nazirinin adına hikkəli şikayət məktubu yazıb, sorğu müəllifinin cəzalandırılmasını tələb edir.
Əslində Elmira Axundovanın bu hərəkəti başa düşüləndir. Ramiz Mehdiyev də nəvəsinin toyu ilə bağlı yazılar hazırlayan mətbuat nümayəndələrini məhkəmə ilə hədələyirdi. Elmira Axundova da mənəvi atasının yolunu bir balaca fərqli formada təkrar edir.
"Ramiz Mehdiyevin kitabları hər kəsin masaüstü kitabı olmalıdır” deyən sabiq deputatdan başqa gözləntimiz də yox idi. Əcəba, Ramiz Mehdiyevin kabinetindən əskik olmayan, "Ramiz Mehdiyev məni daxildən ruhlandırdı” sözlərini deyən, ”inqilabçı akademik” belə adlandıran sabiq deputat 5-10 sadə sualın qarşısında niyə bu qədər çaşqın duruma düşüb?
Maraqlıdır, Elmira Axundova palaz-palaz "Akademik Ramiz Mehdiyevin son müsahibə və çıxışları barədə publisistin düşüncələri”nin altına qoyduğu imzaları gizlətməyə çalışır? Bu da keçid: https://news.milli.az/politics/90427.htmlAxı, bunu gizlətmək mümkün deyil!
Qayıdaq Elmira Axundovanı özündən çıxaran sorğuya. Sorğuda Elmira Axundovadan Ramiz Mehdiyevlə əlaqələri, ona medal təqdim etməsinin səbəbini açıqlamasını xahiş etmişdik. Bunu o səbəbdən etmişdik ki, medalla təltif olunan şəxslərə medalı aidiyyatı sahəyə rəhbərlik edən şəxs verir. Elmira Axundovaya isə Ramiz Mehdiyev təqdim edib. Sabiq deputatdan bu uyğunsuzluğa aydınlıq gətirməsini istəmişdik. Sorğuya cavab yazmaq əvəzinə sabiq deputat vaxtını cənab nazirin adına şikayət məktubu yazmağa sərf edir. Elmira Axundovanın hüquq mühafizə orqanlarını bu cür mənasız şikayətlərlə məşğul etməsi əslində gözlənilən idi. Əvvəllər Elmira Axundova belə şikayətləri oğlu Həbib Axundovun adının qarışdığı dələduzluq, model Günel Mirzəyevanın ölüm işi, özünün dələduzluq işində günaşırı 5 min manat alması ilə bağlı da yazıb.
Yəni özünün, oğlunun fəaliyyəti ilə bağlı olan, məmur fəaliyyəti ilə bir araya sığmayan addımlarını pərdələmək üçün hüquq-mühafizə orqanlarını alət etmək vərdişi yeni deyil. Düşünür ki, Ramiz Mehdiyev 4 nömrə telefonu ilə onun şikayətlərinə "xod” verəcək. Bu baxımdan Elmira Axundova heç dəyişməyib, köhnə şakərindən əl çəkməyib. Görünən odur ki, Elmira Axundova ciddi-cəhdlə mənəvi atası hesab etdiyi Ramiz Mehdiyevlə əlaqələrini gizlətməyə çalışır.
Bir daha bəyan edirik ki, Elmira Axundovanın soruğumuza verəcəyi cavabı yayınlamağa hazırıq. Ona ünvanladığımız İnformasiya Sorğusunu təqdim edirik. Hörmətli səfir, Mən Anar Məmmədov, Criminal.az saytının baş redaktoru, jurnalistəm. Sizin adınız Azərbaycan mətbuatında daim sabiq PA rəhbəri Ramiz Mehdiyevin yaxın adamı, ona yaxın kadr kimi hallanıb. Özünüz müsahibələrinizdə, açıqlamalarınızda Ramiz Mehdiyevin adını dəfələrlə hallandırıb onun barəsində olduqca yüksək fikirlər səsləndirmisiniz. Məlum olduğu kimi Ramiz Mehdiyev karantin qaydalarına zidd olaraq nəvəsinə toy məclisi keçirib və bu məclisdə sizin hədiyyə ilə qatılmanız, oğlunuzun birbaşa iştirakı haqda xəbərlər var.
Azərbaycan Respublikasının "İnformasiya əldə etmək haqqında” Qanununun 9-cu maddəsinə əsasən bütün nazirliklər, dövlət qurumları informasiya verməyə borclu olan informasiya sahibləri sırasına aiddir. Azərbaycan Respublikasının "İnformasiya əldə etmək haqqında” Qanununun 24.1-ci maddəsinə görə İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir. Həmin qanunun 14-cü maddəsinə görə, informasiya sahibi informasiya sorğusu vermiş vətəndaşa sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olmağa, sənədlərin üzünü köçürməyə, informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətini çıxarmağa, stenoqramların və ya digər formada kodlaşdırılmış sənədləri oxunmaq üçün yararlı vəziyyətdə təqdim etməyə borcludur. Xahiş edirik aşağıdakı suallara aydınlıq gətirəsiniz.
Hörmətli Elmira xanım, 1.Sizin Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy məclisinə xüsusi hədiyyə ilə qatıldığınız, hədiyyəni oğlunuz Həbib Axundovla göndərmənizlə bağlı xəbərlər var. Həmin xəbərlər nə dərəcədə doğrudur? 2.Hədiyyəni Ramiz Mehdiyevin nəvəsinin toy məclisinə oğlunuz Həbib Axundovun apardığı, toy məclisində iştirak etdiyi haqda məlumat var. Bu xəbər doğrudurmu? 3. Sizin Ramiz Mehdiyevlə çox yaxın münsibətləriniz olub. Onun kabinetində olmanız barədə dəfələrlə özünüz mətbuatda açıqlama vermisiz. Bu münasibətlər davam edirmi? 4.Ramiz Mehdiyevin ölkə rəhbərliyinə meydan oxumasına münasibətiniz necədir? Xahiş edirəm ətraflı bildirəsiniz? 5.Müsahibələrinizdə dönə-dönə vurğulayırsınız ki, Ramiz Mehdiyevin kitabları sizin masaüstü kitablarınızdır. Bu gün də bu belədirmi? 6.Sizin səfir təyin olunmanızda Ramiz Mehdiyevin müstəsna rolu haqda məlumatlar var. Bu məlumatlar nə dərəcədə dəqiqdir? 7.Sizə "xalq yazıçısı” vəsiqəsini Ramiz Mehdiyev təqdim edib və bunu mətbuata açıqlamanızda özünüz demisiniz. Açıqlamanızdan sitat: "Ramiz müəllim Prezident İlham Əliyevin və özü adından məni təbrik etdi. Və mənə "xalq yazıçısı” vəsiqəsini təqdim etdi”. Ramiz Mehdiyev Siyavuş Novruzovu aldadaraq toyla bağlımm ona prezidentin təbriki haqda fikirlər deyib. Sizə vəsiqəni təqdim edərkən aldatmayıb ki? 8.Ramiz Mehdiyevi yenə də mənəvi atanız hesab edirsinizmi? 9. Adınız və oğlunuzun adı hallanan bütün məhkəmə çəkişmələrində Ramiz Mehdiyevin sizə köməklik etməsi, məhkəmələrə zəng edərək təzyiq göstərməsi haqda məlumatlar olub. Bunu etməyi ondan siz xahiş etmisiniz? 10. Sizin marağınızda olan iş adamlarının müxtəlif dövlət qurumlarından, o cümlədən Müdafiə Nazirliyindən, Sosial Müdafiə Nazirliyindən, Təhsil Nazirliyindən tenderlərin qalibi elan olunmasında Ramiz Mehdiyevin rolu haqda da xəbərlər var. Bu haqda məlumatları bölüşməniz xahiş olunur.
Xahiş edirəm mənim jurnalist olduğumu, ictimai önəmli bu məlumatları ictimaiyyətə çatdırmaq istəyimi nəzərə alasınız və bu məlumatların mümkün qədər qısa müddətdə mənə verilməsinə yardımçı olasınız. Sorğu ilə bağlı hər hansı sual yaranarsa mənim telefonuma müraciət oluna bilər. Sorğuya cavabın yuxarıda qeyd olunan ünvana göndərilməsini xahiş edirəm. Öncədən təşəkkür edirəm.
Hörmətlə, A.Ş.MƏMMƏDOV

Xəbər lenti